Azərbaycan və Qazaxıstan prezidentləri Astana Beynəlxalq Maliyyə Mərkəzində olublar
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 10-da Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astana Beynəlxalq Maliyyə Mərkəzində olublar.
Mərkəzin rəhbəri Renat Bekturov investisiyaların cəlb edilməsi və regional təşəbbüslərin dəstəklənməsi üçün Maliyyə Mərkəzinin potensialı, o cümlədən burada Azərbaycan layihələrinə beynəlxalq investorlarda maraq yaratmaq və sərmayələrin strukturlaşdırılması imkanları barədə dövlət başçılarına məlumat verib.
Diqqətə çatdırılıb ki, Astana Beynəlxalq Maliyyə Mərkəzi 2018-ci ildə fəaliyyətə başlayıb. Onun əsas funksiyaları Qazaxıstan iqtisadiyyatına investisiyaların cəlb olunmasına kömək göstərilməsi, ölkənin maliyyə sahəsinin, o cümlədən fond bazarının inkişaf etdirilməsi və beynəlxalq kapital bazarlarına inteqrasiya olunmasıdır.
2023-cü il martın sonunda Mərkəz vasitəsilə cəlb olunan investisiyaların həcmi 8,1 milyard ABŞ dolları təşkil edib. Onun yurisdiksiyasında 73 ölkədən 1800-dən çox şirkət qeydə alınıb. Maliyyə Mərkəzinin vergi rejiminin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının vergi şəffaflığı qlobal standartlarına uyğun olduğu təsdiq edilib.
#Qazaxıstan teqi istifadə olunub
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV
- Sayramda tarixi abidələrlə tanışlıq | Qazaxıstana təşkil olunan mediatur davam edir - Baku TV
- Orta Asiyanın ən böyük məscidlərindən birində memarlıq və simvolik ölçülər - Baku TV
- Arxeoloji qazıntıların nəticəsi | Şımkentin tarixi nə qədər qədimə gedib çıxır? - Baku TV
