Pleyeri seçin:

Azərbaycandan "çirkli pul" çıxarmaq istəyənlərə zərbə

11 avqust 2023 597 baxış

Xarici ölkədə pul çıxaran zaman ayda 10 min dollarlıq limitin qoyulması ciddi rezonans yaradıb.

Ancaq ekspertlər bunun əbəs olduğunu bildiriblər. Ona görə ki, bu qayda 30 min, 40 min və ya 100 min dollar çıxarmaq istəyənlərə mane ola bilməz.

Çünki bu məbləği 5-10 nəfər və ya 5-10 kart vasitəsilə xaricə daşımaq, pulu kartdan çıxarmaq mümkündür. Amma 10 milyon və ya 100 milyon dolları ölkədən kartla çıxarmaq üçün 10 000 nəfər adam və ya 10 000 ədəd kart tapmaq mümkün deyil. Odur ki, bu yeni qərar böyük əhali kütləsini təsirləndirməyəcək. Bu qərar ölkədən külli miqdarda çirkli pul çıxarmağa çalışanların qarşısını alacaq.

Əslində, siravi vətəndaşlar üçün yeni qaydalarda sərfəli cəhətlər mövcuddur. Belə ki, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilərək aylıq limitlə əvəzlənib. Yəni ayda 20 min dollaradək ödəniş həyata keçirmək mümkün olacaq. Bu isə əvvəlki məhdudiyyətlərlə yaranmış problemlərin həllinə vəsilə olacaq. Çünki insanlar müxtəlif məqsədlər üçün bir dəfəyə ödəməli və həll etməli olduğu işini edə bilmir, günlərlə əziyyət çəkirdi. Odur ki, bunu daha effektiv dəyişiklik hesab etmək olar.

O ki qaldı mənzil, maşın və digər əmlak almaq istəyənlərə, bu məsələdə problem yoxdur. Bu proseslər başqa qaydalarla tənzimlənir.

Banner
Türkiyədə mənzil almazdan əvvəl bunları bilin | Ekspert vacib məqamlardan danışdı - Baku TV

Türkiyədə mənzil almazdan əvvəl bunları bilin | Ekspert vacib məqamlardan danışdı - Baku TV

İqtisadiyyat
17 noyabr 2026 597 baxış
SOCAR-ın STAR neft emalı zavodu sentyabrda nafta istehsalını nə qədər artırıb? - Baku TV

SOCAR-ın STAR neft emalı zavodu sentyabrda nafta istehsalını nə qədər artırıb? - Baku TV

İqtisadiyyat
17 noyabr 2026 597 baxış
Dünyanın ən nüfuzlu enerji platforması Azərbaycana gəlir | 2030-cu il üçün strateji addım - Baku TV

Dünyanın ən nüfuzlu enerji platforması Azərbaycana gəlir | 2030-cu il üçün strateji addım - Baku TV

İqtisadiyyat
17 noyabr 2026 597 baxış
Banklarda 4,6 milyard manat sərbəst vəsait var: Bəs sahibkarlar niyə kredit ala bilmir? - Baku TV

Banklarda 4,6 milyard manat sərbəst vəsait var: Bəs sahibkarlar niyə kredit ala bilmir? - Baku TV

İqtisadiyyat
16 noyabr 2026 597 baxış
Əhalinin nəzərinə | Vergi güzəştinin əməkhaqqına təsiri nə qədər ola bilər? - Baku TV

Əhalinin nəzərinə | Vergi güzəştinin əməkhaqqına təsiri nə qədər ola bilər? - Baku TV

İqtisadiyyat
14 noyabr 2026 597 baxış
“Qoşadaş” sahəsində seysmik məlumatların toplanması layihəsinə başlanılıb - Baku TV

“Qoşadaş” sahəsində seysmik məlumatların toplanması layihəsinə başlanılıb - Baku TV

İqtisadiyyat
14 noyabr 2026 597 baxış
SOCAR və BP-nin təşkilatçılığı ilə məlumatlandırma sessiyası keçirilib - Baku TV

SOCAR və BP-nin təşkilatçılığı ilə məlumatlandırma sessiyası keçirilib - Baku TV

İqtisadiyyat
14 noyabr 2026 597 baxış
SOCAR Türkiyəyə nə qədər investisiya edib? - Baku TV

SOCAR Türkiyəyə nə qədər investisiya edib? - Baku TV

İqtisadiyyat
12 noyabr 2026 597 baxış
SOCAR-ın Türkiyədəki yeni kompleksi ildə 850 min ton polietilen istehsal edəcək - Baku TV

SOCAR-ın Türkiyədəki yeni kompleksi ildə 850 min ton polietilen istehsal edəcək - Baku TV

İqtisadiyyat
12 noyabr 2026 597 baxış
2027-də kənd uçotu dəyişir: əkin, torpaq tam nəzarətə götürülür? - AKTUAL GÜNDƏM

2027-də kənd uçotu dəyişir: əkin, torpaq tam nəzarətə götürülür? - AKTUAL GÜNDƏM

İqtisadiyyat
11 noyabr 2026 597 baxış
Seçilmişlər
icon