BP SOCAR-a 1 milyard kubmetr səmt qazı verib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən 1 milyard kubmetr səmt qazı alıb.
Bu barədə "BP-Azerbaijan" şirkətindən məlumat verilib.
Məlumata görə, əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə SOCAR-a "Azəri-Çıraq-Günəşli"dən gündə orta hesabla 12 milyon kubmetr səmt qazı verilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında SOCAR-a "Azəri-Çıraq-Günəşli" blokundan gündə orta hesabla 11 milyon kubmetr olmaqla ümumilikdə 900 milyon kubmetr səmt qazı verilib. Beləliklə, 2026-cı ilin I rübündə bu göstərici 11,1% artıb. 2025-ci ildə BP "Azəri-Çıraq-Günəşli" blokundan SOCAR-a 8% artımla 2,7 milyard kubmetr səmt qazı verib, gündəlik tədarük həcmi orta hesabla 8 milyon kubmetr təşkil edib.
Bildirək ki, "Azəri-Çıraq-Günəşli"dən hasil edilən səmt qazı SOCAR-a təmənnasız olaraq verilir.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
