Pleyeri seçin:

Büdcə kəsirinin maliyyələşmə yolları | İqtisadi təhlil - Baku TV

03 yanvar 2026 875 baxış

Prezident İlham Əliyev 2026-cı ilin dövlət büdcəsi haqqında qanunu təsdiq edib.

Sənədə əsasən, 2026-cı ilin dövlət büdcəsində kəsirin yuxar həddinin 3 milyard 94,6 milyon manat olması nəzərdə tutulub.

Büdcə kəsiri dövlət büdcəsinin xərclərinin gəlirindən artıq olması deməkdir. Bu isə təkcə Azərbaycanda deyil, dünya təcrübəsində geniş yayılan amildir.

Bəs dövlət büdcəsinin kəsirsiz olması mümkündür? Büdcə defisiti hansı mənbələrin hesabına qapadılır?

İqtisadçı Xalid Kərimli bildirib ki, büdcə siyasətində əvvəlcə gəlir mənbələri proqnozlaşdırılır, daha sonra hökumətin prioritet hesab etdiyi istiqamətlər üzrə xərclər planlaşdırılır və büdcə kəsirinin yuxarı həddi müəyyən edilir:

“Kəsirsiz büdcə mümkündür, lakin bu halda xərclərin azaldılması və ya hökumətin prioritet hesab etdiyi layihələrdən imtina tələb oluna bilər. Digər variant isə Dövlət Neft Fondundan daha çox vəsait cəlb edilməsidir ki, bu da dövlət maraqlarına tam uyğun sayılmır. Büdcə kəsirinin əsas maliyyələşmə mənbəyi daxili borclanmadır. Maliyyə Nazirliyi tərəfindən buraxılan borc alətləri hesabına kəsir maliyyələşdirilir. Buna görə də kəsirli büdcə siyasəti vahiməli hesab olunmamalıdır”.

İqtisadçı Rəşad Həsənov isə dünya təcrübəsində kəsirsiz dövlət büdcəsi ilə bağlı nümunələrin olduğunu, bu sırada Almaniyanın 2005-2020-ci illərdə büdcəsində profisiti misal çəkir. Ekspert Azərbaycanın da dövlət büdcəsinin icrası ilə bağlı təcrübəsində belə halların olmasını vurğulayıb:

“Neftin qiymətinin proqnozdan yüksək olması, neft sektorundan vergi gəlirlərinin artması və ya bəzi layihələrin icrasında gecikmələr büdcə kəsirinin azalmasına səbəb ola bilər. Belə hallarda daxili və xarici borclanmanın həcmi də yenidən nəzərdən keçirilir. Hökumətlər fiskal genişlənmədən iqtisadi artım aləti kimi istifadə edirlər. Bu baxımdan yaxın dövrdə dövlət büdcəsinin tam kəsirsiz icrası iqtisadi inkişaf üçün məqsədəuyğun sayılmır”.

“Büdcə sistemi haqqında” Qanuna əsasən, dövlət büdcəsinin icrası prosesində müdafiə olunan xərclər ilk növbədə, digər xərclər isə büdcənin gəlirləri və kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilir. Bu da büdcə kəsirinin xərclərin yerinə yetirilməsinə əngəl törətmədiyindən xəbər verir.

2026-cı ilin dövlət büdcəsinin kəsirinə gəlincə, bununla bağlı qanunda deyilir ki, kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanma, həmçinin 2026-cı il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı hesabına həyata keçirilməsi nəzərdə tutulub.

Banner
İslam maliyyəsində nisyə satış və razılaşdırılmış mənfəətlə bağlı bu sistem necə işləyir? - Baku TV

İslam maliyyəsində nisyə satış və razılaşdırılmış mənfəətlə bağlı bu sistem necə işləyir? - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 875 baxış
SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV

SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 875 baxış
Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV

Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV

İqtisadiyyat
27 oktyabr 2026 875 baxış
SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV

SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV

İqtisadiyyat
27 oktyabr 2026 875 baxış
Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 875 baxış
SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 875 baxış
SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 875 baxış
Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV

Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 875 baxış
Yerli büdcələrin gəlirlərini artırmaq üçün hansı iqtisadi sahələrə üstünlük verilməlidir? - Baku TV

Yerli büdcələrin gəlirlərini artırmaq üçün hansı iqtisadi sahələrə üstünlük verilməlidir? - Baku TV

İqtisadiyyat
23 oktyabr 2026 875 baxış
SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV

SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV

İqtisadiyyat
23 oktyabr 2026 875 baxış
Seçilmişlər
icon