Pleyeri seçin:

Büdcədən orduya böyük yatırım | Müdafiə sənayesinin gücləndirilməsi üçün atılan addımlar

26 iyun 2025 541 baxış

Azərbaycan hökuməti Prezident İlham Əliyevin tapşırığı və birbaşa nəzarəti altında ordu quruculuğu sahəsində, xüsusən də müdafiə sənayesinin daha da təkmilləşdirilməsi üçün mühüm layihələr həyata keçirir.

44 günlük Vətən müharibəsindən sonra isə müdafiə xərcələrində ciddi artımlar qeydə alınıb. 5 il ərzində büdcə xərclərində bu sahənin payı 5 %-dən 17‑20 %-ə yüksəlib.

2025-ci ildə dövlət büdcəsindən müdafiə və təhlükəsizlik sahəsinə 8,5 milyard manat, təxminən 5 milyard ABŞ dolları ayrılıb. Bu, ümumi büdcə xərclərinin 20 %-ni təşkil edir. Büdcədən Silahlı Qüvvələrə 2,7 milyard manat, milli təhlükəsizlik orqanlarına 468 milyon manat, Dövlət Sərhəd Xidmətinə 540 milyon manat, digər təhlükəsizlik və müdafiə sahələrinə 4,8 milyard manat ayrılan vəsait ordunun modernləşdirilməsi və silah arsenalının mükəmməlləşdirilməsinə cəlb olunub. Bu vəsait 2024-cü ildəkindən təxminən 3, 2023-cü ildəkindən isə 8 faiz çoxdur.

Yerli istehsal silahlar arasında “İstiqlal” və “Yalquzaq” snayper tüfənglərini, “Tufan” zirehli nəqliyyat vasitəsini, “İti qovan” pilotsuz uçuş aparatını xüsusi fərqləndirə bilərik. Xaricdən alınan silahlardan isə Türkiyə istehsalı “Bayraktar TB2” və “Akıncı” zərbə PUA-ları, “Hisar” zenit-raket sistemi, İsrail istehsalı “Harop” kamikadze PUA-sı, “LORA” ballistik raketləri, Rusiya istehsalı “Smerç” reaktiv yaylım atəş sistemləri düşmənə göz dağıdır.

Sözügedən silahlar və texnikanın arsenalımıza daxil edilməsi nəticəsində Azərbaycan Ordusu regionda müasir texnologiyalara əsaslanan və yüksək döyüş qabiliyyətinə malik hərbi qüvvəyə çevrilib. Bu həm də ölkənin strateji maraqlarının qorunmasına, regionda sülhün və sabitliyin təmin olunmasına xidmət edir.

Milli Məclisdən Avropa Parlamentinə qarşı bəyanat

Milli Məclisdən Avropa Parlamentinə qarşı bəyanat

Siyasət
19 dekabr 2025 541 baxış
Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI

Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI

Siyasət
19 dekabr 2025 541 baxış
Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV

Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV

Siyasət
19 dekabr 2025 541 baxış
Özbəkistan nümayəndə heyəti Şuşada | Putin son sözünü dedi | Paşinyandan açıqlama - YENİ BİR SƏHƏR

Özbəkistan nümayəndə heyəti Şuşada | Putin son sözünü dedi | Paşinyandan açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
19 dekabr 2025 541 baxış
ABŞ-də "TRIPP"in Avrasiya regionunda kommunikasiya kontekstində rolu müzakirə edilib - Baku TV

ABŞ-də "TRIPP"in Avrasiya regionunda kommunikasiya kontekstində rolu müzakirə edilib - Baku TV

Siyasət
19 dekabr 2025 541 baxış
Putin müharibənin taleyi barədə danışdı - Baku TV

Putin müharibənin taleyi barədə danışdı - Baku TV

Siyasət
19 dekabr 2025 541 baxış
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb - Baku TV

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb - Baku TV

Siyasət
19 dekabr 2025 541 baxış
Azərbaycandan Ermənistana göndərilən yanacaq Biləcəridən yola salınıb - Baku TV

Azərbaycandan Ermənistana göndərilən yanacaq Biləcəridən yola salınıb - Baku TV

Siyasət
19 dekabr 2025 541 baxış
Rəsmi Bakının müstəqil Yaxın Şərq siyasəti - Baku TV

Rəsmi Bakının müstəqil Yaxın Şərq siyasəti - Baku TV

Siyasət
19 dekabr 2025 541 baxış
Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təltif edilib - Baku TV

Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təltif edilib - Baku TV

Siyasət
18 dekabr 2025 541 baxış
Seçilmişlər
icon