Pleyeri seçin:

Azərbaycan Ordusunun arsenalı yeni silahlarla zənginləşdiriləcək - Baku TV

09 dekabr 2025 502 baxış

“Müdafiə sənayesi çox vacib sahədir. Biz bu sahəni inkişaf etdiririk”.

Bu fikirləri Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən təkbətək görüşdən sonra mətbuata bəyanatında səsləndirib.

Dövlət başçısı Slovakiyanın müdafiə sənayesində böyük təcrübəyə malik olduğunu vurğulayıb:

“Özüyeriyən artilleriya qurğuları, sursat və digər müdafiə məhsulları üzrə geniş təcrübəmiz var. Bizim niyyətimiz yalnız Azərbaycana silah satmaq deyil. Texnologiya ötürülməsi, Azərbaycan maliyyəsinin cəlb olunması və birgə istehsal sahəsində əməkdaşlıq edə bilərik. Birlikdə istehsal ediləcək məhsulları üçüncü ölkələrə də sata bilərik”.

P.Pelleqrini bildirib ki, Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın Bakıya səfəri zamanı Azərbaycan tərəfi avtomatik artilleriya sistemlərinin alınmasına maraq göstərib:

“Əminəm ki, bu silah növləri Azərbaycan Silahlı Qüvvələrini daha da gücləndirəcək”.

Slovakiya Prezidenti həmçinin Qarabağ bölgəsində slovak şirkətinin “ağıllı kənd” layihəsi həyata keçirdiyini və Slovakiyanın ixrac-idxal bankının müxtəlif layihələrin maliyyələşdirilməsinə hazır olduğunu qeyd edib:

“Birgə müəssisələr, şirkətlər və texnologiya ötürülməsi istiqamətində daha sıx əməkdaşlıq etmək niyyətindəyik”.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 502 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 502 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 502 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 502 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 502 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 502 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 502 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 502 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 502 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 502 baxış
Seçilmişlər
icon