Deputat vergi məcəlləsinin tez-tez dəyişdirilməsindən gileyləndi
Yeniliklərdən dərhal xəbərdar olun
“Sabit Vergi Məcəlləsi olmalıdır. Son 3 ildə Vergi Məcəlləsinə neçə dəyişiklik etmişik? Sayı-hesabı itib. Vergi dərəcələri, rüsumlar, ödəmələr Konstitusiyaya uyğun olaraq qanunla müəyyən olunmalıdır”.
Bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin noyabrın 14-də keçirilən plenar iclasında deyib.
“Hər bir nazirlik özü üçün xidmət haqqı müəyyən edə bilməz. Xidmətə görə büdcədən maaş alırlar. Sahibkar ən azı 5 il müddətində gəlir çıxarını proqnozlaşdıra bilməlidir. Qanunları tez-tez dəyişməklə, hansısa vergi güzəştləri müəyyən edib, sonra ləğv etməklə iqtisadi inkişafa töhfə vermək olmaz.
Mülkiyyətə və hüquqlara təminat verən güclü məhkəmə hakimiyyəti yaratmadan, müasir texnologiya cəlb etməklə sənayeni inkişaf etdirmədən ciddi uğurlara imza atmaq mümkün deyil. Biz tezliklə Ümumdünya Ticarət Təşkilatına və regional iqtisadi birliklərə qoşulmalıyıq. Xarici investorlar Azərbaycana gəlməkdən qorxmamalıdırlar”, – deputat vurğulayıb.
#Milli Məclis teqi istifadə olunub
- Pensiyalarla bağlı yeni qayda | Məbləğ necə hesablanacaq? - Baku TV
- Ali təhsildə yeni dövr: Üçillik bakalavr modelinə keçid hansı hallarda mümkündür? - Baku TV
- Bank kreditlərinə alternativ üsul | Bu qanun Azərbaycanda hansı imkanları yarada bilər? - Baku TV
- Parlamentdə müzakirə: Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV
- Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV CANLI
