Əmanət və kredit faizləri arasında niyə bu qədər fərq var?
Yeniliklərdən dərhal xəbərdar olun
Mərkəzi Bankın açıqladığı son məlumata görə, banklardakı əmanətlərin orta faizi 3,55 olub.
Manatla olan əmanətlərin orta faiz dərəcəsi 4,89, xarici valyutada 1,07 faiz təşkil edib. Banklara yeni qoyulmuş müddətli vəsaitlər isə ortalama 7,31 faizlə qəbul edilib. Bununla belə, maliyyə qurumları bu dövrdə kreditləri orta hesabla 15,79 faizlə veriblər.
Maraqlıdır, əmanət və kredit faizləri arasında niyə bu qədər fərq var?
Millət vəkili Vüqar Bayramov kredit faizlərinin yüksək olmasını depozit faizlərinin dərəcəsi ilə əlaqələndirib.
Millət vəkili deyir ki, faizlərin yüksək olması kreditlərin qaytarılmasında problemlər yaratmaqla yanaşı, onlara əlçatanlığı da azaldır.
Ekspertlər bildirirlər ki, faizlərin yüksək olmasının başlıca səbəbi kredit risklərinin yüksək olmasıdır. Faizlərin azalması üçün banklararası rəqabət artmalı, risklər azalmalı, bazara daha ucuz vəsaitlər daxil olmalıdır.
#Mərkəzi Bank teqi istifadə olunub
- Yeni qaydalar açıqlandı | Kredit götürmək istəyirsinizsə, bunları mütləq bilin - Baku TV
- Mərkəzi Bankın baş direktorundan istiqraz bazarı ilə bağlı mühüm açıqlama - Baku TV
- Mərkəzi Bankın faiz qərarı | Cəlb olunan vəsaitlərin faizi niyə azaldılıb? - Baku TV
- İstehlak kreditlərinə tələbat artıb | Rəqəmlər 10 milyardı keçib - Baku TV
- Problemli kreditlərin artması nə ilə bağlıdır? | Ekspertlərdən açıqlama - Baku TV
