İqlim dəyişikliyi ilə bağlı atılan addımlar | Mikayıl Cabbarovdan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanda “yaşıl iqtisadiyyat”ın inkişafı, “yaşıl” layihələrin icrası iqtisadi səmərəliliklə yanaşı, ekoloji təhlükəsizliyin qorunmasına hesablanıb”.
Bu sözləri Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Yaşıl biznes”in inkişafı üçün əlverişli normativ baza formalaşdırılır, bir sıra dəstək alətləri tətbiq olunur”, – deyə o qeyd edib.
Nazir bildirib ki, son bir neçə ildə həyata keçirilən vergi siyasətində “yaşıl iqtisadiyyat”ın dəstəklənməsi ilə bağlı qanunverici təşəbbüslər yer alıb:
“Ətraf mühitin qorunması üçün vergi güzəştləri, köhnə maşınların ölkəyə idxalının məhdudlaşdırılması, avtomobillərin utilizasiyası, elektrik və hibrid avtomobillərin idxalının stimullaşdırılması, alternativ enerjinin dəstəklənməsi sahəsində güzəştlər və s. kimi tədbirlər ölkənin gündəliyinin “yaşıl enerji” ilə bağlılığından irəli gəlir”.
#Mikayıl Cabbarov teqi istifadə olunub
- "SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır" | Mikayıl Cabbarov - Baku TV
- Yeni proqram hasilatla yanaşı, xammalın ölkə daxilində emalını nəzərdə tutur - Baku TV
- Qeyri-neft-qaz sektorunun son illərdəki artım tempi diqqət mərkəzindədir - Baku TV
- ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV
- SOCAR Özbəkistanda yanacaqdoldurma məntəqələrinin tikintisinə investisiya yatıracaq - Baku TV
