KOBİA sədrində sahibkarları sevindirəcək xəbər
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanda KOB subyektlərinin müəyyən edilməsi ilə bağlı yeni meyarların tətbiq edildiyi, eləcə də İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətə başladığı 2018-ci ildən bəri ölkədə KOB subyektlərinin sayı 45% artaraq 356 minə yaxınlaşıb”.
Bunu KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov yerli şirkətlərin “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” adlı tanıtım sərgisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu illərdə KOB-ların qeyri-neft ÜDM-də payı 23%-dən 27%-ə, qeyri-neft ixracında payı isə isə 24%-dən 60%-ə yüksəlib.
Orxan Məmmədov həmçinin qeyd edib ki, həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də orada biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müraciətlərinin toplanması istiqamətində işlər davam etdirilir:
“Bu günə qədər KOBİA-ya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq üçün 1 400-dən artıq müraciət daxil olub. Həmin müraciətlərin 500-ə yaxını xarici şirkətlərə məxsusdur”.
#KOBİA teqi istifadə olunub
- Azərbaycanda halal iqtisadiyyatın perspektivləri | Hansı sahələrdə imkanlar mövcuddur? - Baku TV
- “Azərbaycan regional və beynəlxalq halal bazarları birləşdirən körpüdür” | Orxan Məmmədov - Baku TV
- KOBİA sədri qarşıya qoyulan hədəflərdən danışdı
- Təbii resursların səmərəli istifadə strategiyası
- 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nin başa çatması münasibətilə axşam ziyafəti verildi
