Pleyeri seçin:
Maliyyə Nazirliyi 2026-cı ilin büdcə gəlirlərini və xərclərini açıqladı | Mühüm məlumat
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
2026-cı il dövlət büdcəsinin gəlirləri 39 milyard 251 milyon 300 min manat, xərcləri 42 milyard 230 milyon manat olacaq.
Bu, Maliyyə Nazirliyinin açıqladığı 2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin ortamüddətli proqnoz göstəricilərində əksini tapıb.
2025-ci illə müqayisədə 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 895 milyon 300 min manat, yaxud 2,33 faiz, xərcləri 822 milyon 400 min manat, yaxud 1,98 faiz artacaq.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat məbləğində təsdiq edilib.
Kopyalandı
#Dövlət büdcəsi teqi istifadə olunub
- Yerli büdcələrin gəlirlərini artırmaq üçün hansı iqtisadi sahələrə üstünlük verilməlidir? - Baku TV
- Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV
- 900 milyonluq dividend proqnozu
- Maliyyə Nazirliyi SOCAR üzrə növbəti 4 ilin büdcə proqnozunu açıqlayıb - Baku TV
- 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb - Baku TV
