Maliyyə Nazirliyinin vəsaitlərinin banklara təsiri | İqtisadçıdan mühüm açıqlama
Maliyyə Nazirliyi 2025-ci ilin aprel ayından başlayaraq dövlət büdcəsinin vəsaitlərini əsasən sistem əhəmiyyətli yerli banklara aşağı faizlə depozitə yerləşdirir. Təkcə iyulun 11-də keçirilən hərraclarda banklara 7,25 orta çəkili faiz dərəcəsi ilə 850 milyon manat vəsait qoyulub.
Maraqlıdır ki, Nazirlik prosesə başlayan dövrdə ekspertlərin əksəriyyəti büdcə vəsaitlərinin banklara yerləşdirilməsinin kredit faizlərini azaldacağını bildirirdilər.
Bəs reallıqda vəziyyət necə dəyişib? Ucuz vəsaitlər müqabilində faizlər azalıb?
İqtisadçı Xalid Kərimli bildirib ki, Maliyyə Nazirliyinin yerləşdirdiyi depozitlərin kredit faizlərinə əhəmiyyətli təsiri müşahidə edilmir.
Ekspert bankların kreditlərin faizlərinin azalmamasını Maliyyə Nazirliyinin depozitlərinin qısamüddətli olması ilə izah edib. Bununla belə, bankların cəlb etdikləri vəsaitlərin faizi azalıb.
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ilin başlanğıcında banklar yeni vəsaitləri 8,3 faizlə cəlb etmişdilərsə, iyunda bu göstərici 1,4 faiz bənd azalaraq 6,9 faizə enib.
#Kredit faizləri teqi istifadə olunub
- "Kredit faizində enişlər olsa idi..." | Banklardakı artıq vəsait faizlərə təsir edəcək? - Baku TV
- Kredit faizləri necə azala bilər? - İqtisadçılar detalları açıqladı - Baku TV
- Kredit faizləri daha da yüksələcək? - “Bankların xərci artıb...” - Baku TV
- Mərkəzi Bankın faizlər haqqında qərarı nələrlə bağlıdır? - Baku TV
- Fiziki şəxslərin depozitlərinin faizləri azalıb | Ekspertlər nələri açıqladı? - Baku TV
