Pleyeri seçin:

"Kredit faizində enişlər olsa idi..." | Banklardakı artıq vəsait faizlərə təsir edəcək? - Baku TV

30 sentyabr 2026 226 baxış

Azərbaycanda bankların tələb olunan məcburi ehtiyatlarından əlavə 6,3 milyard manat vəsait yaranıb.

Belə ki, məcburi ehtiyat kimi saxlanılmalı olan vəsaitlər nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti 2026-cı il avqust ayının sonuna 6,3 milyard manata çatıb ki, bu da 2025-ci ilin dekabr ayı ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Maraqlıdır, bəs sektorda 6,3 milyard manatlıq izafi likvidlik kreditlərin faizlərinin azalmasına gətirib çıxara bilər?

İqtisadçıların sözlərinə görə, bank sektorunda izafi likvidlik əvvəllər də olub və son dövrlər bu göstərici artıb.

“Məntiqi olaraq, bankların sərəncamında daha çox vəsait olduqda, həmin resursları yerləşdirmək üçün kredit faizlərini aşağı salmaq imkanları yarana bilər. Lakin praktikada izafi likvidliyin təsiri daha çox depozit faizlərində özünü göstərir. Bankların manat resursları artdıqca depozitlər üzrə faizləri aşağı salması müşahidə olunur. Kredit faizlərində isə eyni tendensiya müşahidə edilmir”, – deyə iqtisadçı Xalid Kərimli bildirib.

Rəsmi göstəricilərə görə isə kredit faizləri nəinki azalıb, əksinə artıb. Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin əvvəlində yeni verilmiş kreditlərin orta faizi 17,69 faiz olsa da, sentyabrda bu göstərici 18,83 faizə yüksəlib.

Xalid Kərimli deyir ki, banklar faizi azaltmaqla daha çox kredit verəcəklərini gözləmirlər. Hesab olunur ki, faizlərin azalması problemli kreditlərin artmasına səbəb ola bilər.

Bununla belə, kredit faizlərinin yüksəlməsi problemli kreditlərin artmasının qarşısını almır. Belə ki, senyabrın 1-nə olan məlumata görə, ilin əvvəli ilə müqayisədə problemli kreditlərin məbləği 37,6 faiz artıb.

Banner
SOCAR-ın prezidenti Rövşən Nəcəfin məruzəsi dinlənildi | İclas barədə detallar - Baku TV

SOCAR-ın prezidenti Rövşən Nəcəfin məruzəsi dinlənildi | İclas barədə detallar - Baku TV

İqtisadiyyat
15 oktyabr 2026 226 baxış
“Bu xidmət bizə xərcsiz görünür, amma...” | Kartdan-karta ödənişlərdə dəyişiklik ediləcək? - Baku TV

“Bu xidmət bizə xərcsiz görünür, amma...” | Kartdan-karta ödənişlərdə dəyişiklik ediləcək? - Baku TV

İqtisadiyyat
14 oktyabr 2026 226 baxış
Kartdan-karta əməliyyatlar zamanı əlavə pul tutulacaq? - Baku TV CANLI

Kartdan-karta əməliyyatlar zamanı əlavə pul tutulacaq? - Baku TV CANLI

İqtisadiyyat
14 oktyabr 2026 226 baxış
Xəzər İnşaat Həftəsi çərçivəsində dörd beynəlxalq sərgi | Bakıdakı tədbirlə bağlı detallar - Baku TV

Xəzər İnşaat Həftəsi çərçivəsində dörd beynəlxalq sərgi | Bakıdakı tədbirlə bağlı detallar - Baku TV

İqtisadiyyat
14 oktyabr 2026 226 baxış
Bakı Ekspo Mərkəzində oktyabrın 14-dən 16-dək tədbir keçirilir

Bakı Ekspo Mərkəzində oktyabrın 14-dən 16-dək tədbir keçirilir

İqtisadiyyat
14 oktyabr 2026 226 baxış
Benzin və dizelin pərakəndə qiymət artımını məhdudlaşdıran mexanizm açıqlanıb - Baku TV

Benzin və dizelin pərakəndə qiymət artımını məhdudlaşdıran mexanizm açıqlanıb - Baku TV

İqtisadiyyat
14 oktyabr 2026 226 baxış
"SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır" | Mikayıl Cabbarov - Baku TV

"SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır" | Mikayıl Cabbarov - Baku TV

İqtisadiyyat
14 oktyabr 2026 226 baxış
SOCAR-ın tərəfdaşı olan şirkətin yerli filialı dövlət qeydiyyatına alınıb - Baku TV

SOCAR-ın tərəfdaşı olan şirkətin yerli filialı dövlət qeydiyyatına alınıb - Baku TV

İqtisadiyyat
13 oktyabr 2026 226 baxış
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib - Baku TV

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib - Baku TV

İqtisadiyyat
13 oktyabr 2026 226 baxış
Biznes forumunda iki ölkənin investisiya imkanlarından danışılıb - Baku TV

Biznes forumunda iki ölkənin investisiya imkanlarından danışılıb - Baku TV

İqtisadiyyat
12 oktyabr 2026 226 baxış
Seçilmişlər
icon