Pleyeri seçin:

Manatla bağlı vacib açıqlama | "Dolların məzənnəsinin dəyişməsinə görə..." - Baku TV

06 fevral 2026 1154 baxış

Mərkəzi Bankın sədri Taleh Kazımovun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanda manatın xarici valyutalar qarşısında məzənnəsinin dəyişməsi gözlənilmir.

O bildirib ki, dünya bazarında neftin orta qiyməti 64–65 ABŞ dolları olsa, bu həm cari əməliyyatlar balansı, həm də dövlət büdcəsinin xərcləri nöqteyi-nəzərindən məqbuldur. Bu məsələ ölkənin tədiyə balansı üzrə ehtiyat aktivlərinin vəziyyətini aktuallaşdırır.

Ehtiyat aktivlər ölkənin strateji valyuta ehtiyatlarının artıb-azalmasını ifadə edir. Tədiyə balansı ilə bağlı ən son məlumat 2025-ci ilin 9 ayını əhatə edir. Həmin dövrdə sözügedən ehtiyat aktivlərdə 1 milyard 125 milyon ABŞ dolları məbləğində kəsir qeydə alınıb.

Xarici valyutanın qızıl alışına yönəldilməsi, həmçinin bu qiymətli metalın bahalaşması fonunda ölkənin valyuta aktivləri artır. Təsadüfi deyil ki, 2025-ci ildə Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 14 milyard dollar artaraq 85,1 milyard dollara çatıb.

İqtisadçı Xalid Kərimli bildirir ki, manatın məzənnəsi ABŞ dollarına uyğunlaşdırıldığı üçün dolların digər valyutalara qarşı dəyərində baş verən dəyişikliklər Azərbaycanın milli valyutasına da təsir göstərir.

“Neft Fondunun ehtiyatlarına gəlincə isə ötən il Azərbaycanda neft satışından, eləcə də neft və qazdan əldə olunan dollar gəlirləri əvvəlki maksimal dövrlərlə müqayisədə daha aşağı olub. Bu göstəricilər nə 2010-cu illərdəki neft bumu dövrü, nə də 2021–2022-ci illərdə neft və qaz qiymətlərinin kəskin artdığı mərhələdəki səviyyədədir. Hazırkı ehtiyatlar əvvəlki dövrlərlə müqayisədə daha az olsa da, ümumilikdə kifayət qədər etibarlı hesab olunur”, – deyə o bildirib.

Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar, təbii qazın 1000 kubmetri isə 440 dollar nəzərdə tutulub. Mərkəzi Bank isə 2026-cı ildə neftin bir barelinin orta qiymətinin 64 dollar, qazın 1000 kubmetrinin isə 269 dollar olacağını proqnozlaşdırıb.

Banner
Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 1154 baxış
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 1154 baxış
SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 1154 baxış
Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 1154 baxış
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 1154 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 1154 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 1154 baxış
Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

İqtisadiyyat
01 noyabr 2026 1154 baxış
Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

İqtisadiyyat
31 oktyabr 2026 1154 baxış
Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 1154 baxış
Seçilmişlər
icon