Mərkəzi Bank xəbərdarlıq etdi | Yoxlamalarda hansı BOKT-lar cəzalandırıldı?
Azərbaycan Mərkəzi Bankı bank olmayan kredit təşkilatı “AzPul” MMC-ni 50 min manat, onun vəzifəli şəxsini isə 10 min manat cərimə edib.
Məlumata görə, Mərkəzi Bankın apardığı kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə bank olmayan kredit təşkilatı “AzPul” və onun vəzifəli şəxsi Nərimanov Rayon Məhkəməsi tərəfindən müvafiq olaraq 50 000 manat və 10 000 manat məbləğində cərimə edilib.
Bununla yanaşı, Mərkəzi Bank “Bakı Fond Birjası”na da rəsmi xəbərdarlıq edib. Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Bakı Fond Birjası”nın “Qiymətli kağızlar bazarı haqqında” Qanunun müvafiq maddələrinə riayət etmədiyi müəyyənləşdirilib.
Qeyd edək ki, həmin maddələrə əsasən, “Bakı Fond Birjası”nın daxili qaydaları və ya onlara edilən dəyişikliklər təsdiq edildiyi tarixdən etibarən beş iş günündən gec olmayaraq açıqlanmalıdır və Mərkəzi Banka təqdim edilməlidir.
Eyni zamanda “PARA” BOKT və “Azinvestkedit” BOKT-un vəzifəli şəxsləri də cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə cəzalandırılıb.
“PARA” bank olmayan kredit təşkilatının vəzifəli şəxsi 2000, “Azinvestkedit” bank olmayan kredit təşkilatının vəzifəli şəxsi isə 3000 manat məbləğində cərimələnib.
#Mərkəzi Bank teqi istifadə olunub
- Mərkəzi Bankın baş direktorundan istiqraz bazarı ilə bağlı mühüm açıqlama - Baku TV
- Mərkəzi Bankın faiz qərarı | Cəlb olunan vəsaitlərin faizi niyə azaldılıb? - Baku TV
- İstehlak kreditlərinə tələbat artıb | Rəqəmlər 10 milyardı keçib - Baku TV
- Problemli kreditlərin artması nə ilə bağlıdır? | Ekspertlərdən açıqlama - Baku TV
- Kredit faizləri necə azala bilər? - İqtisadçılar detalları açıqladı - Baku TV
