Mərkəzi Bankın rəhbəri bankların bağlanma səbəbini açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
“Maliyyə sektoru hansısa aptek və ya yanacaq doldurma biznesi deyil”.
Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. AMB sədri çıxışı zamanı bankların bağlanması məsələsinə də toxunub.
“Maliyyə sektoru mütəmadi nəzarət altındadır. Bəzi banklar çox aktivdir, bəzilərinin fəaliyyəti normaldır, bəzisi isə problemlidir, həcmindən asılı olmayaraq bütün maliyyə sektoruna xələl gətirə bilər. Ona görə də bankların bağlanmasını istəməzdim. Amma böyük problemi olan təşkilatlarda vaxtında işlər görülməlidir. Görülməyibsə və ya görülən işlərin faydası yoxdursa, onlar bağlanmalıdır. Çünki maliyyə sektoru iqtisadiyyatın real sektorunun mərkəzindədir. Orada olan problemlər bütün iqtisadiyyatımıza təsir edəcək”, – deyə o qeyd edib.
#Mərkəzi Bank teqi istifadə olunub
- Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV
- Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV
- Yeni qaydalar açıqlandı | Kredit götürmək istəyirsinizsə, bunları mütləq bilin - Baku TV
- Mərkəzi Bankın baş direktorundan istiqraz bazarı ilə bağlı mühüm açıqlama - Baku TV
- Mərkəzi Bankın faiz qərarı | Cəlb olunan vəsaitlərin faizi niyə azaldılıb? - Baku TV
