Mikayıl Cabbarovdan etiraf | Diqqətimizi bu məsələlərə verməliyik
Yeniliklərdən dərhal xəbərdar olun
“Bizim istəyimizdən asılı olmayaraq bir sıra dövlətlər, həmçinin ticarət tərəfdaşımız olan ölkələr artıq öz qanunlarını qəbul ediblər. Bizdə istehsal olunan məhsul bu dövlətlərə göndəriləndə həmin məhsulun karbon izi hesablanaraq əlavə vergilər, kvotalar, məhdudiyyətlər tətbiq edilir. Bu proses genişlənərək digər ölkələri də əhatə edəcək”.
Bu sözləri iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayılov Cabbarov bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı forumda bildirib.
O bildirib ki, öz müəssisələrimizin rəqabət qabiliyyətini qoruyub saxlamaq istəyiriksə, bu tənzimləyici alətləri vaxtında müzakirə etməliyik.
“Arzum budur ki, ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarının heç olmasa birini bərpa olunan yaşıl enerji ilə qidalandıra bilək”, – deyə Mikayıl Cabbarov vurğulayıb.
#Mikayıl Cabbarov teqi istifadə olunub
- "SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır" | Mikayıl Cabbarov - Baku TV
- Yeni proqram hasilatla yanaşı, xammalın ölkə daxilində emalını nəzərdə tutur - Baku TV
- Qeyri-neft-qaz sektorunun son illərdəki artım tempi diqqət mərkəzindədir - Baku TV
- ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV
- SOCAR Özbəkistanda yanacaqdoldurma məntəqələrinin tikintisinə investisiya yatıracaq - Baku TV
