Millət vəkili hansı proqnoza qarşı çıxdı?
Yeniliklərdən dərhal xəbərdar olun
“İnflyasiyanın proqnozu keçən il 6,9% proqnozlaşdırılanda bunun real olmadığını demişdik. İndi isə 10,4% proqnozlaşdırılır. Bunun da real olmadığını qeyd edirik. Mərkəzi Bankın proqnozlarında isə bir az da azaldılaraq 8,3% götürülüb ki, bu da real deyil. Siz inflyasiyanı hansı rıçaqların vasitəsilə birrəqəmli olmasının təminatçısınız?”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı komitə sədrinin müavini Əli Məsimli deyib.
“Bütün dünyada uçot dərəcəsi vasitəsilə inflyasiyaya təsir göstərilir. Mərkəzi Bankın uçot dərəcəsi real sürətdə Azərbaycan iqtisadiyyatında, maliyyə sektorunda inflyasiyaya təsir edirmi? Bankların tənzimlənməsi yaxşıdır. Amma hesab edirəm ki, bankların bağlanması əmanətçilər üçün xeyli problemlər yaradır”, – deyə Əli Məsimli əlavə edib.
#Əli Məsimli teqi istifadə olunub
- Qəbələ görüşünün strateji əhəmiyyəti
- “Bu, fermerlərə ziyan vurur” | Kənd təsərrüfatı ilə bağlı qanunvericilik sənədi hazırlanıb
- Buradan elə məntiq çıxır ki... | Əli Məsimlidən mühüm açıqlama
- Əli Məsimli bələdiyyələrdə aşkarlanan cinayət əlamətlərindən danışdı | Son 5 ildə...
- Əli Məsimli haqsız rəqabət və monopoliyanın yerli istehsala zərərindən danışdı
