Nazir yaşıl enerji layihələrindən danışdı | COP29 çərçivəsində nələr açıqlanacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
“Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizlərinin texniki iqtisadi əsaslandırılmasının ilkin nəticələri COP29 çərçivəsində elan ediləcək”.
Bu sözləri energetika naziri Pərviz Şahbazov “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndə deyib.
Onun sözlərinə görə, həmçinin Azərbaycan-Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji əməkdaşlıq haqqında hökumətlərarası sazişin tezliklə imzalanması nəzərdə tutulur:
“Bu dəhlizlər regional və qitələr arası bağlantılar qurmaqla təchizatının təhlükəsizliyinə və təmiz enerjiyə keçidə müsbət təsirlərini göstərəcək”. Nazir bildirib ki, bu gün Azərbaycan COP29-a sədrlik edən ölkə olaraq qlobal enerji keçidini dəstəkləyən təşəbbüslərin müəllifidir:
“14 təşəbbüsdən üçü “yaşıl enerji” üzrə zona və dəhlizlər, qlobal enerji saxlancları və şəbəkələri, hidrogen bəyannaməsi məhz enerji aspektində dünyada xalis sıfıra nail olmaq üçün çağırışların qarşılanmasına dəstək olmağı, enerji keçidini sürətləndirməyi hədəfləyir. İnanırıq ki, bu təşəbbüsləri yalnız COP29 çərçivəsində deyil, həmçinin qlobal miqyasda qarşıdakı onilliklərdə müəyyən edilmiş hədəflərin reallaşmasına da öz töhfəsini verəcək”.
#Pərviz Şahbazov teqi istifadə olunub
- Azərbaycan-Birləşmiş Krallıq münasibətlərində yeni istiqamətlər müəyyənləşir - Baku TV
- Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası keçirilib - Baku TV
- Azərbaycan və Türkiyənin yeni enerji planı nədir? - Baku TV
- Pərviz Şahbazov Mohamed Arkab ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- Bakıda "OPEC+un" mühüm toplantısı keçirildi | Detallar açıqlandı - Baku TV
