Pleyeri seçin:

Ölkədə külək enerjisi istehsalında gözlənilməz dərəcədə böyük artım qeydə alınıb - Baku TV

24 iyul 2026 357 baxış

Azərbaycanda külək enerjisi istehsalı 23 dəfəyə yaxın artıb. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda külək elektrik stansiyalarında (KES) 499,9 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 478,1 milyon kVt-saat və ya 22,9 dəfə çoxdur.

Eyni zamanda hesabat dövründə ölkədə günəş elektrik stansiyalarında 256,4 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin ilk altı ayındakı göstərici ilə müqayisədə 2,1 milyon kVt-saat və yaxud 0,8% azalma deməkdir.

Bundan başqa, bu ilin ilk yarısında ölkədə istilik elektrik stansiyalarında (İES) 9,414 milyard kVt-saat elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 969,7 milyon kVt-saat və ya 9,3% azdır.

Hesabat dövründə Azərbaycanda su elektrik stansiyalarında (SES) 1,874 milyard kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 31 milyon kVt-saat və ya 1,7% artım deməkdir.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar-iyun aylarında 1 milyard 803,8 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 318 milyon manat təşkil edib.

Azərbaycan elektrik enerjisi istehsalının artırılması və enerji sisteminin şaxələndirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Xüsusilə bərpaolunan enerji mənbələrinin inkişafı dövlətin enerji strategiyasının əsas prioritetlərindən biridir.

Hazırda ölkədə bp, “Masdar”, “ACWA Power”, “China Gezhouba Group Overseas Investment”, “SOCAR Green” və digər tərəfdaşlarla günəş və külək elektrik stansiyalarının tikintisi üzrə iri investisiya layihələri icra olunur.

Banner
Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 357 baxış
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 357 baxış
SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 357 baxış
Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 357 baxış
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 357 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 357 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 357 baxış
Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

İqtisadiyyat
01 noyabr 2026 357 baxış
Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

İqtisadiyyat
31 oktyabr 2026 357 baxış
Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 357 baxış
Seçilmişlər
icon