Pleyeri seçin:

Avropa bu il külək enerjisində rekord həddə yaxınlaşa bilər

03 sentyabr 2026 229 baxış

Avropa bu il yeni külək turbinlərinin quraşdırılması üzrə rekord göstəriciyə nail ola bilər.

“WindEurope” təşkilatının yarımillik hesabatına əsasən, ilin ilk altı ayında Avropada külək enerjisinin gücü 8,8 giqavat artıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30 faiz çoxdur.

Quraşdırılan turbinlərin istehsal etdiyi enerji təxminən 7 milyon Avropa ailəsinin elektrik tələbatını ödəyə bilər. Həmçinin bu gücün ildə 25 LNG tankerinə bərabər həcmdə fosil yanacaq idxalını əvəz edə biləcəyi bildirilir.

Almaniya ilin ilk yarısında artımın əsas hərəkətverici qüvvəsi olub. Ölkədə 3,4 giqavat, yəni Avropada quraşdırılan yeni gücün 40 faizi yaradılıb və 500-dən çox turbin istismara verilib.

Belçikada isə külək enerjisi gücü daha 60 meqavat artıb. “WindEurope” il ərzində Avropada əlavə 24 giqavat gücün yaradılacağını proqnozlaşdırır.

Bununla belə, icazələrin alınması hələ də əsas maneə olaraq qalır. Təşkilat 2030-cu ildə illik artımın 30 giqavata çatacağını gözləyir.

Kopyalandı
Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 229 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 229 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 229 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 229 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 229 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 229 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 229 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 229 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 229 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 229 baxış
Seçilmişlər
icon