Pleyeri seçin:

"Muğan Bank" bağlandı: Mərkəzi Bankdan açıqlama

19 oktyabr 2023 412 baxış

“Muğan Bank”ın lisenziyası ləğv edilib.

Mərkəzi Bankın İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilən minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” müvafiq maddələrə əsasən, “Muğan Bank” ASC-nin lisenziyası oktyabrın 19-dan ləğv edilib.

Banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “Muğan Bank”a müvəqqəti inzibatçının təyin olunması ilə əlaqədar bankın idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

“Muğan Bank”ın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir. “Muğan Bank”ın bank lisenziyasının ləğvi bu sahədə maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.

Mərkəzi Bank bildirir ki, “Muğan Bank” Əmanətlərin Sığortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar qanunvericiliyə müvafiq qaydada ödəniləcək.

“Muğan Bank”ın digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək. Bankın Fonda təqdim etdiyi hesabatlarına əsasən, 2023-cü ilin III rübünün sonuna bank üzrə sığortalanmış əmanətlər 216,7 mln. manat təşkil edir.

Qeyd edək ki, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq.

Banner
Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 412 baxış
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 412 baxış
SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 412 baxış
Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 412 baxış
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 412 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 412 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 412 baxış
Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

İqtisadiyyat
01 noyabr 2026 412 baxış
Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

İqtisadiyyat
31 oktyabr 2026 412 baxış
Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 412 baxış
Seçilmişlər
icon