"Qərbi Çıraq" platformasından hasil edilən neftin həcmi açıqlanıb - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundakı "Qərbi Çıraq" platformasında hasilata başlanılan tarixdən ümumilikdə 251 milyon barel neft hasil edilib.
Bu barədə "BP-Azerbaijan" şirkəti məlumat yayıb.
Bildirilib ki, platformada indiyədək 35 quyu qazılıb.
Qeyd olunub ki, "Qərbi Çıraq" platformasından ilk neft əldə olunmasından artıq 12 il keçib. Bu uğurun əsasında Azərbaycan hökuməti, SOCAR və digər partnyorlarla etibarlı tərəfdaşlıq və platformanın peşəkar işçi heyətinin əla iş icrası və qətiyyəti durur.
Xatırladaq ki, "Azəri-Çıraq-Günəşli" Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Sənədə əsasən, yataqlar blokunun səhmdarlarından biri də SOCAR-dır. Şirkət burada 31,65 faizlik paya malikdir.
#BP şirkəti teqi istifadə olunub
- Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV
- Mirziyoyev hansı məqamlara toxunub? | Bakı-Daşkənd əməkdaşlığı - Baku TV
- SOCAR və bp Özbəkistanda yeni kəşfiyyat imkanlarını qiymətləndirir - Baku TV
- Rövşən Nəcəf Qordon Birrel və Cio Kristofoli ilə görüşüb - Baku TV
- Operatorluğu SOCAR-a aid olan BTC boru kəməri ilə bağlı xərclər açıqlandı - Baku TV
