"Regional tərəfdaşların inkişafı" layihəsi
Yeniliklərdən dərhal xəbərdar olun
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Marsol Group”un birgə təşkilatçılığı ilə Lənkəranda müvafiq dövlət qurumlarının nümayəndələri üçün tədbir keçirilib.
“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində keçirilən tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, müvafiq qurum rəhbərləri və 300-dən çox sahibkar iştirak edib.
Sahibkarlara göstərilən dəstək və xidmətlər, dövlət tərəfindən verilən güzəştli kreditlər, subsidiyalar, bu sahədə nəzərdə tutulan yeniliklər, alternativ maliyyələşdirmə alətləri, özünüməşğulluq proqramının mikro və kiçik sahibkarlığa başlanılmasında rolu barədə məlumat verilib.
Tədbirin davamında “Region sahibkarlarının maliyyə kanallarına çıxış imkanları və dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə təşkil olunub. Müzakirələrdə sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində ilk tədbir keçən il Şəkidə keçirilib. Layihənin ölkənin digər şəhər və rayonlarında da keçirilməsi planlaşdırılır.
#Lənkəran teqi istifadə olunub
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Qızımı izləyib, blokda vurub, oğlunu da...” | Qandonduran hadisə | “Uşağı 3-4 yerdən...” - Baku TV
- Lənkəranda dəhşətə gətirən hadisə | Gənc ana və oğlu bıçaqlandı - Baku TV CANLI
- “Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
