Pleyeri seçin:
"SOCAR 1" gəmisi əməliyyata dəstək verdi | ASCO-dan "SATURN" qurğusu barədə məlumat
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən ilin may ayında Türkmənistandan Azərbaycana gətirilmiş “Saturn” neft qazma qurğusu AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dövlət Xəzər Gəmiçiliyi”nin gəmilərinin müşayiəti ilə Xəzər dənizinin Türkmənistan sektoruna aparılıb.
ASCO xəbər verir ki, qurğu Şıx limanından “Hövsan”, “Hövsan 2” və “SOCAR 1” gəmilərinin dəstəyi ilə çıxarılıb, daha sonra “Andoqa”, “Şüvəlan” və “Mərdəkan” gəmiləri ilə yedəklənib. Üç gün davam edən bu mürəkkəb əməliyyat təhlükəsiz şəkildə başa çatıb.
Qeyd edək ki, ASCO gəmiləri Türkmənistandan geriyə qayıdarkən “Neptun” qazma qurğusunu ölkəmizə çatdıracaqlar. Artıq qurğunun yedəklənməsi üçün hazırlıq prosesinə başlanılıb.
Kopyalandı
#Türkmənistan teqi istifadə olunub
- “Şirkətin prioritetlərindən biri...” | SOCAR-ın Türkmənistanda fəaliyyəti barədə açıqlama - Baku TV
- Prezidentin sosial media hesablarında Türkmənistana səfərinə dair paylaşım edilib - Baku TV
- Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış etdi - Baku TV
- Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - Baku TV CANLI
- Prezidentdən mühüm mesajlar | Yaxın Şərqdə nə baş verir? | Putin İrana nə vəd etdi? - YENİ BİR SƏHƏR
