"SOCAR karbamid" uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“SOCAR karbamid” zavodu qabaqcıl texnologiyalar və yerli mütəxəssislərin peşəkarlığı sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir.
Bu barədə iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında bildirib.
Nazirin sözlərinə görə, 2023-cü ildə SOCAR-ın ABŞ-nin “McKinsey” şirkəti ilə strateji tərəfdaşlığı çərçivəsində başlanılan və iki il yarım davam edən “SOCAR karbamid” zavodunda rəqəmsal transformasiya süni intellektin, rəqəmsal platformaların və innovativ texnoloji həllərin əməliyyatların modernləşdirilməsində yaratdığı böyük potensialı nümayiş etdirir.
Mikayıl Cabbarov vurğulayıb ki, “SOCAR karbamid”də qazanılmış təcrübə SOCAR-ın digər fəaliyyət istiqamətlərinin, eləcə də Azərbaycanın sənaye sektorunun rəqəmsal transformasiyası üçün daha geniş miqyasda tətbiq edilə bilən uğurlu model təqdim edir.
#Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi teqi istifadə olunub
- Yeni proqram hasilatla yanaşı, xammalın ölkə daxilində emalını nəzərdə tutur - Baku TV
- Qeyri-neft-qaz sektorunun son illərdəki artım tempi diqqət mərkəzindədir - Baku TV
- İnvestisiya imkanları və regional bağlantı rolu müzakirə olunub
- II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu hansı nəticələrlə diqqət çəkir? - Baku TV
- II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda hansı məsələlər diqqət mərkəzindədir? - Baku TV
