Səfir ikitərəfli münasibətlərdən danışıb - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
"Misir şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki bərpa layihələrində iştirak etməkdə maraqlıdır, Qahirə həmçinin energetika sahəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlığın genişləndirilməsinə ümid edir".
Bu barədə Misirin Azərbaycandakı səfiri Husaməddin Əffat Mustafa Reda bildirib.
"Bu gün Misirdə irimiqyaslı geoloji kəşfiyyat işləri aparılır. Biz Azərbaycanın enerji sektorunun aparıcı şirkəti olan SOCAR-ın bazarımızda iştirakında maraqlıyıq. Artıq SOCAR-ın Misirdə iştirakı ilə bağlı müzakirələrə başlamışıq", – deyə səfir qeyd edib.
Onun sözlərinə görə, Misirin neft nazirinin bu yaxınlarda etdiyi səfər zamanı SOCAR-la çox məhsuldar danışıqlar baş tutub.
Bununla yanaşı, diplomat vurğulayıb ki, şirkətlər yekun müqavilələr imzalanana qədər detalları açıqlamırlar: "Biz Azərbaycan şirkətlərinin həm karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində, həm də emal seqmentində iştirakını alqışlayırıq. Biz onlara hərtərəfli dəstək göstərməyə hazırıq".
Səfir vurğulayıb ki, Misir Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi sahəsində artıq Bakı ilə əməkdaşlıq edir:
"Bu, ərazilərin bərpası üçün ən vacib şərtdir. Mütəxəssislərimiz bu sahədə böyük təcrübəyə malikdirlər. Misir şirkətləri həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa layihələrində iştirak etməkdə maraqlıdırlar. Əlbəttə, yekun qərarlar iqtisadi məqsədəuyğunluqdan və müqavilə şərtlərindən asılıdır. Lakin iştirak üçün maraq və imkanlar sözsüz ki, mövcuddur".
#Misir teqi istifadə olunub
- "Təcili tədbirlər görüləcək" | Misir Səudiyyə Ərəbistanını niyə müdafiə etmək istəyir? - Baku TV
- Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb
- Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb - BAKU TV CANLI
- II Ramzesin heykəlinə aid 1,6 metrlik baş hissəsi aşkarlanıb
- Dünyanın yeddi möcüzəsindən birinin təsviri olan möhür tapılıb
