SOCAR 2023-cü ildə görülmüş işləri açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Azəriqaz” İstehsalat Birliyi 2023-cü ildə işğaldan azad edilmiş ərazilərdə 24 yaşayış məntəqəsində qaz kəmərlərinin tikintisi işlərini aparıb.
Bu barədə SOCAR-ın 2023-cü ildəki fəaliyyəti ilə bağlı illik hesabatında bildirilir.
Sənədə əsasən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı”nın icrası ilə bağlı ötən il “Azəriqaz” Ağdərə, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində 24 yaşayış məntəqəsinin hüdudlarına qədər daşıyıcı qaz kəmərlərinin tikintisini həyata keçirib. Bundan 23 yaşayış məntəqəsinin daşıyıcı qaz kəmərlərinin tikintisi işləri tamamlanıb.
Hazırda Füzuli və Laçın şəhərləri, Ağdərə rayonunun Talış kəndi, Laçın rayonunun Zabux kəndi təbii qazla təmin olunur.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
