SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ-nin "Halliburton" şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti Rami Yassine ilə görüşüb.
Söhbət zamanı "Halliburton" şirkətinin uzun illər ərzində Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edilib.
SOCAR ilə "Halliburton" arasında mövcud əlaqələrdən məmnunluq ifadə olunub. Azərbaycanda və digər ölkələrdə SOCAR tərəfindən həyata keçirilən layihələr üzrə tərəfdaşlığın daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Qonağa SOCAR tərəfindən rəqəmsallaşma və süni intellekt həllərinin tətbiqi istiqamətində görülən işlər barədə məlumat verilib. Bu xüsusda "Karbamid" zavodunun Dünya İqtisadi Forumunun "Qlobal Mayak" Şəbəkəsinə üzv qəbul olunması məmnunluqla vurğulanıb.
Tərəflər neft-qaz yataqlarının işlənməsi, hasilatın səmərəliliyinin artırılması, rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi istiqamətində mümkün əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
#SOCAR teqi istifadə olunub
- Hava hücumu siqnalı zamanı müdafiə | SOCAR daha 25 məntəqədə sığınacaq tikir - Baku TV
- “Qoşadaş” sahəsində seysmik məlumatların toplanması layihəsinə başlanılıb - Baku TV
- SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV
- SOCAR və Serbiya şirkətləri arasında yeni elektrik stansiyasının inşasına dair saziş - Baku TV
- SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi birinci oldu - Baku TV
