SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi birinci oldu - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
2026-cı ilin yanvar-avqust aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 207,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib. Bununla da İdarə qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində ilk yerdə qərarlaşıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın sentyabr sayında bildirilib.
Hesabat dövründə həmçinin “SOCAR Polymer” MMC 175,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac etməklə reytinqdə üçüncü olub.
Qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində ilk onluqda “SOCAR Cape” MMC də yer alıb. Hesabat dövründə müəssisə 10 min ABŞ dolları məbləğində qeyri-neft məhsulu ixrac edib.
#SOCAR teqi istifadə olunub
- Hava hücumu siqnalı zamanı müdafiə | SOCAR daha 25 məntəqədə sığınacaq tikir - Baku TV
- “Qoşadaş” sahəsində seysmik məlumatların toplanması layihəsinə başlanılıb - Baku TV
- SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV
- SOCAR və Serbiya şirkətləri arasında yeni elektrik stansiyasının inşasına dair saziş - Baku TV
- SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib - Baku TV
