SOCAR-ın yeni layihələri hansı sahələri əhatə edir? | Teymur Quliyevdən mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Dövlət Neft Şirkəti işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələri sahəsində bir sıra layihələr həyata keçirməyi planlaşdırır”.
Bunu SOCAR-ın enerji keçidi, ətraf mühit və dekarbonizasiya seqmenti üzrə vitse-prezidentinin müavini Teymur Quliyev Bakıda keçirilən “Caspian Energy Forum”da çıxışı zamanı bildirib.
O qeyd edib ki, Qarabağda və Şərqi Zəngəzurda bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı bir neçə layihələr hazırlanıb. Onların arasında Böyük Britaniyanın BP və Azərbaycan İnvestisiya Şirkəti ilə birgə həyata keçirilməsi planlaşdırılan 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının tikintisi də yer alıb. Bu stansiya faktiki olaraq Səngəçal terminalını enerji ilə təmin edəcək.
Teymur Quliyev əlavə edib ki, geotermal mənbələr əsasında istehsal gücünün yaradılması da planlaşdırılır:
“Arxivlər araşdırılır. Layihənin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilməsi planlaşdırılır, çünki burada infrastruktur sıfırdan yaradılır. Onun layihələndirilməsi və tikintisi zamanı geotermal resurslardan istifadə imkanları nəzərə alınacaq”.
Teymur Quliyev onu da vurğulayıb ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birlikdə Laçın rayonunda 100 MVt-a yaxın gücü olan külək elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi planlaşdırılır.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV
- SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV
- SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV
- FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
