SOCAR insan kapitalının inkişafı sahəsində qaliblər sırasında
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) insan kapitalının inkişafı sahəsində nüfuzlu "Brandon Hall Group" "Human Capital Management Excellence" mükafatının qalibləri sırasında yer alıb.
SOCAR-ın məlumatına görə, 2025-ci ilin əvvəlində SOCAR-ın Baş Ofisinin İnsan Kapitalı və İnklüzivlik seqmenti tərəfindən həyata keçirilən bir sıra layihə və proqramlar "Brandon Hall Group" tərəfindən elan edilən müxtəlif kateqoriyalar üzrə dördündə yüksək nəticə göstərib.
Belə ki, SOCAR "Enerji Liderləri", "Performans mədəniyyətinin aşılanması" layihələri və "Gənc İstedadlar" proqramı üzrə qızıl medallar, "HR AI chat-bot" layihəsi üzrə isə gümüş mükafat qazanıb.
Qeyd edək ki, "Brandon Hall Group" 30 ildən artıqdır ki, biznes, idarəetmə və insan kapitalının inkişafı sahələrində qabaqcıl şirkətlərin uğurlarını dəyərləndirir. Bu mükafatlar tətbiq edilən proqramların əməkdaşlara və şirkətlərə ölçülə bilən dəyər qazandırmaq bacarığına görə təqdim olunur.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV
- SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV
- SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV
- Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
