SOCAR və Özbəkistan yeni əməkdaşlıq planlarını müzakirə etdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və SOCAR-ın prezidenti Rövşən Nəcəf yeni əməkdaşlıq təşəbbüslərini müzakirə ediblər.
"Report"un Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinə istinadən məlumatına görə, tərəflər iki ölkə arasında ticari-iqtisadi və investisiya tərəfdaşlığının mövcud vəziyyətini, genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Tərəflər xüsusi diqqəti mövcud birgə layihələrin praktiki icrasına, eləcə də yeni perspektivli təşəbbüslərin işlənib hazırlanmasına ayırıblar.
Bundan əlavə, danışıqların yekununda tərəflər əməkdaşlığın daha da dərinləşdirilməsinə, qarşılıqlı ticarətin həcminin artırılmasına və strateji layihələrin sürətli şəkildə irəliləməsinə qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər.
Qeyd edək ki, 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və "Özbəkneftqaz" Üstyurt neft-qaz regionunun investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan Hasilatın Pay Bölgüsü Sazişini imzalayıblar.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
