Yaponiya şirkətlərinin Azərbaycandakı fəaliyyəti yüksək qiymətləndirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 11-də Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf Yaponiyanın ən iri bank holdinqlərindən biri olan “Mizuho” Maliyyə Qrupunun nümayəndə heyəti ilə görüşüb.
Tərəflər Yaponiya şirkətlərinin Azərbaycanda uzunmüddətli səmərəli fəaliyyətindən məmnunluq ifadə ediblər. SOCAR-la “Mizuho” Bankı arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.
Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli korporativ hədəfləri, bu xüsusda enerji keçidi, rəqəmsallaşma, innovasiya və biznes dayanıqlılığı kimi fəaliyyət istiqamətində görülən işlər barədə məlumat verilib.
Tərəflər enerji sahəsində mövcud və gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
