26 avqust – Azərbaycan televiziyasında tarixi yenilik və fərqli yanaşma!

26 avqust 2025 521 baxış

26 avqust Baku TV üçün xüsusi əhəmiyyət daşıyır. 2019-cu ilin məhz bu günündə kanal ilk dəfə internet televiziyası kimi yayıma başlayaraq Azərbaycan media məkanında yeniliyə və fərqli yanaşmaya imza atıb.

“Global Media Group”a daxil olan Baku TV 2018-ci il 18 fevralda fəaliyyətə başlayıb. Cəmi bir il sonra — 2019-cu ilin 26 avqustunda internet televiziyası kimi ilk yayımını reallaşdıraraq tamaşaçılara operativ, obyektiv və etibarlı xəbərlər təqdim edib və televiziya məkanında özünəməxsus mövqeyini formalaşdırıb.

Ardıcıl inkişaf strategiyası nəticəsində 2022-ci ildə Baku TV Platforma yayımçısı statusunu alaraq daha geniş auditoriyaya çıxış imkanı əldə edib.

2023-cü ildə isə kanal peyk üzərindən yayıma start verib. Bu addım Baku TV-nin beynəlxalq əlçatanlığını daha da artıraraq Azərbaycanın səsini geniş coğrafiyaya, o cümlədən Avropa və Asiya tamaşaçılarına çatdırıb. Beləliklə, artıq Baku TV-ni hər yerdə izləmək mümkündür.

2025-ci ilin yanvar ayından etibarən Baku TV “Mars” MMC tərəfindən həyata keçirilən televiziya auditoriyasının ölçülməsi sisteminə qoşulub və Azərbaycanda fəaliyyət göstərən televiziya kanalları arasında yüksək reytinqi ilə mövqeyini qoruyur.

Hazırda Baku TV 5 dildə xəbər istehsal edir və “YouTube” platformasında ümumi abunəçi sayı 3 milyona yaxınlaşır. Yalnız 2024-cü il ərzində kanalın ümumi baxış sayı 1,2 milyarda çatıb və Baku TV Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarını geridə qoyaraq “YouTube” platformasında liderliyini qoruyub.

Baku TV qarşıdakı illərdə yeni layihələr və ictimai marağa cavab verən proqramlarla auditoriyasına daha da yaxın olacaq.

Gürcüstanın POS TV telekanalının nümayəndə heyəti Baku TV-nin qonağı olub

Gürcüstanın POS TV telekanalının nümayəndə heyəti Baku TV-nin qonağı olub

Press reliz
05 dekabr 2025 521 baxış
"Global Media Group"un nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş keçirib

"Global Media Group"un nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş keçirib

Press reliz
19 noyabr 2025 521 baxış
Baku TV, Report İnformasiya Agentliyi və Qazaxıstanın “Xabar” Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Baku TV, Report İnformasiya Agentliyi və Qazaxıstanın “Xabar” Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Press reliz
18 noyabr 2025 521 baxış
Baku TV-nin filmləri “Qızıl Pəri 2025” mükafatına bir neçə nominasiya üzrə təqdim olunub

Baku TV-nin filmləri “Qızıl Pəri 2025” mükafatına bir neçə nominasiya üzrə təqdim olunub

Press reliz
03 noyabr 2025 521 baxış
Baku TV və “Özbəkistan 24” arasında əməkdaşlıq memorandumu imzalanıb

Baku TV və “Özbəkistan 24” arasında əməkdaşlıq memorandumu imzalanıb

Press reliz
17 oktyabr 2025 521 baxış
Baku TV "İDMANDA QAL" adlı yeni layihəyə start verir

Baku TV "İDMANDA QAL" adlı yeni layihəyə start verir

Press reliz
08 oktyabr 2025 521 baxış
Dəniz Tacəddin Baku TV-nin “Yeni Bir Səhər” proqramında aparıcı kimi fəaliyyətə başlayıb

Dəniz Tacəddin Baku TV-nin “Yeni Bir Səhər” proqramında aparıcı kimi fəaliyyətə başlayıb

Press reliz
01 oktyabr 2025 521 baxış
Turan İbrahimov Baku TV-nin baş redaktoru təyin olundu

Turan İbrahimov Baku TV-nin baş redaktoru təyin olundu

Press reliz
23 sentyabr 2025 521 baxış
Baku TV-nin əməkdaşı Monblan zirvəsinə qalxdı

Baku TV-nin əməkdaşı Monblan zirvəsinə qalxdı

Press reliz
30 avqust 2025 521 baxış
Özbəkistan nümayəndə heyəti Baku TV-nin qonağı olub

Özbəkistan nümayəndə heyəti Baku TV-nin qonağı olub

Press reliz
23 avqust 2025 521 baxış
Seçilmişlər