Baku TV 5 yaşında

18 fevral 2023 397 baxış

Bu gün Baku TV-nin yaranmasından 5 il keçir. 

Baku TV 5 il əvvəl ilk və dəqiq xəbər mənbəyi olmaq üçün yola çıxdı. Hadisə yerindən reportajları, eksklüziv süjet və müsahibələri, peşəkar yanaşması ilə izləyicisinin güvənini qazanmağı bacardı.

Qısa zamanda kiçik komanda ilə böyük uğurlara imza atan Baku TV-nin auditoriyası müəllif verilişləri və araşdırmaları sayəsində daha da genişləndi.

“Qarabağ xronikası”nda ermənilərin iç üzünü açan faktlar ortaya qoyuldu, “Üzbəüz”lə ölkə gündəmindəki ən önəmli hadisələr ekspertlərlə müzakirə olundu, “Arzunun vaxtı”nda ən qəribə həyat hekayələri işıqlandırıldı, tarixi torpaqlarımızın adının yaşadılması üçün isə “Qərbi Azərbaycan xronikası” layihəsinə start verildi. Kanalın rus redaksiyası isə artıq 2 ildir fəaliyyət göstərir.

Baku TV Ru-nun Azərbaycanla bağlı həqiqətlərin ölkə hüdudlarından kənarda yaşayan rusdilli auditoriyaya çatdırılmasında böyük rolu var. Naxçıvan Muxtar Respublikasında bürosunu açan Baku TV bununla da ölkənin bütün bölgələrindən operativ xəbər vermək məqsədinə nail oldu.

Həmçinin kanalın ABŞ, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və digər ölkələrdəki xüsusi müxbirləri son məlumatları izləyicilərə çatdırır.

Baku TV komandası artıq öz yetişdirdiyi gənclərlə böyüyür. Müasir mediada çalışmaq istəyən, jurnalistikaya marağı olanlar üçün başladılan “Baku TV Rəqəmsal Media Məktəbi” savadlı, istedadlı gəncləri kəşf edərək bir araya toplayır. Azərbaycan mediasına yeni simalar qazandırmağı hədəfləyən layihənin bir neçə məzunu artıq burada çalışır.

Son bir ildə ard-arda qazandığı uğurları ilə yadda qalan kanal 2022-ci ilin noyabr ayında Audiovuzual Şuranın verdiyi lisenziya əsasında kabel televiziyalarında yayımlanmaq imkanı əldə etdi. İlk olaraq “Connect TV”də yayıma başlayan kanalı tezliklə digər kabel televiziyası abunəçiləri də izləyə biləcək.

“Global Media Group”un tərkibində olan Baku TV 2022-ci ilin dekabrında ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görüldü.

Kopyalandı
Banner
“Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib

“Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib

Press reliz
22 oktyabr 2026 397 baxış
“Global Media Group” növbəti dəfə “Talassemiyasız həyat naminə” könüllü qanvermə aksiyasına qoşulub

“Global Media Group” növbəti dəfə “Talassemiyasız həyat naminə” könüllü qanvermə aksiyasına qoşulub

Press reliz
04 sentyabr 2026 397 baxış
Baku TV-dən 4 milyardlıq rekord!

Baku TV-dən 4 milyardlıq rekord!

Press reliz
01 sentyabr 2026 397 baxış
Özbəkistan Milli Teleradio şirkətinin nümayəndə heyəti “Baku TV”də təlim proqramında iştirak edib

Özbəkistan Milli Teleradio şirkətinin nümayəndə heyəti “Baku TV”də təlim proqramında iştirak edib

Press reliz
21 avqust 2026 397 baxış
“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

Press reliz
16 iyul 2026 397 baxış
"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

Press reliz
14 may 2026 397 baxış
“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

Press reliz
28 aprel 2026 397 baxış
BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

Press reliz
01 aprel 2026 397 baxış
Baku TV "YouTube" reytinqlərində liderdir

Baku TV "YouTube" reytinqlərində liderdir

Press reliz
01 aprel 2026 397 baxış
Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Press reliz
12 mart 2026 397 baxış
Seçilmişlər
icon