Baku TV 7 yaşını qeyd edir

18 fevral 2025 654 baxış

Azərbaycan televiziya məkanında özünəməxsus yeri olan Baku TV 7 yaşını qeyd edir.

2018-ci il fevralın 18-də fəaliyyətə başlayan televiziya kanalı ötən 7 il ərzində dinamik inkişaf yolu keçib. Hər zaman Azərbaycan vətəndaşlarının marağını nəzərə alan Baku TV ölkədə və dünyada baş verən siyasi, sosial və iqtisadi hadisələri operativ, obyektiv və peşəkar şəkildə öz izləyicilərinə çatdırır.

Baku TV rəngarəng, zəngin və maraqlı məlumatlar çatdırmaqla tamaşaçı sevgisi və etimadını qazanıb. Bu gün kanal canlı yayımlar, xəbər süjetləri, müsahibələr, araşdırmalar, eləcə də analitik təhlillər və müəllif proqramları ilə ölkənin ən çox izlənilən kanalları siyahısındadır. Hazırda televiziyanın gündəlik, həftəlik və aylıq yayımlanan müxtəlif janrlarda 20-dən çox verilişi var. Həm yerli, həm də beynəlxalq miqyasda izləyicilərinə faktlara əsaslanan, şəffaf və balanslı xəbərlər təqdim edən Baku TV-ni bütün yerli provayderlər, eləcə də “Azərspace” peyki vasitəsilə Avropa və Asiyada izləmək mümkündür.

Kanal ölkədə və dünyada baş verən önəmli, aktual və maraqlı xəbərləri Azərbaycan, rus, ingilis, fransız və erməni dillərində cəmiyyətə çatdırır. Televiziya kanalının Azərbaycanın bütün regionları ilə yanaş, ABŞ, Rusiya, Türkiyə, Gürcüstan və Ukraynada xüsusi müxbir məntəqələri fəaliyyət göstərir.

Qısa müddətdə peşəkar komanda işi ilə geniş izləyici auditoriyası qazanan Baku TV rekord göstəriciləri və əldə etdiyi uğurlarla da möhtəşəm nəticələrə imza atıb. Belə ki, kanal 2024-cü ilin 12 ayı ərzində “YouTube” platforması üzrə 10 Azərbaycan telekanalını geridə qoyaraq baxış sayı reytinqində birinciliyini qoruyub. Hazırda Baku TV-nin Azərbaycan və rusdilli “YouTube” səhifələrinin 1 milyondan çox abunəçisi var və bu rəqəm günü-gündən artmaqdadır.

2024-cü ildə kanalın istehsal etdiyi “Söz” qısametrajlı sənədli filmi Los-Ancelesdə keçirilən “Accolade Global Film Competition”nin qalibi olub. 2023-cü ilin 18-22 dekabr tarixində Baku TV 3 ISO beynəlxalq sertifikatını alıb. Kanal 2021-ci ildə NETTY tərəfindən “İlin internet və “YouTube” xəbər kanalı” adına layiq görülüb.

Baku TV öz peşəkar komandası ilə 44 günlük Vətən müharibəsi dövründə operativliyi, qaynar nöqtələrdən reportajları və hər saatbaşı canlı yayımları ilə izləyicilərinə dəqiq və dolğun məlumat çatdırıb.

Baku TV ölkəmizdə keçirilmiş COP 29 tədbiri ilə bağlı iki həftə ərzində müxtəlif dillərdə xüsusi reportajlar hazırlayıb, xarici nümayəndə heyətlərindən müsahibələr alıb, süjetlər, canlı bağlantılar və s. yayımlayıb.

Qlobal miqyasda etibarlı və nüfuzlu xəbər platformasına çevrilməyi hədəfləyən Baku TV müasir dövrün çağırışlarına cavab verməklə, yeni texnologiyalardan və innovativ yanaşmalardan istifadə etməklə öz inkişaf yolunu davam etdirir. Kanal bundan sonra da tamaşaçılarını operativ və obyektiv məlumatlarla təmin etmək və maarifləndirmək missiyasını ardıcıl şəkildə yerinə yetirəcək.

Kopyalandı
Banner
“Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib

“Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib

Press reliz
22 oktyabr 2026 654 baxış
“Global Media Group” növbəti dəfə “Talassemiyasız həyat naminə” könüllü qanvermə aksiyasına qoşulub

“Global Media Group” növbəti dəfə “Talassemiyasız həyat naminə” könüllü qanvermə aksiyasına qoşulub

Press reliz
04 sentyabr 2026 654 baxış
Baku TV-dən 4 milyardlıq rekord!

Baku TV-dən 4 milyardlıq rekord!

Press reliz
01 sentyabr 2026 654 baxış
Özbəkistan Milli Teleradio şirkətinin nümayəndə heyəti “Baku TV”də təlim proqramında iştirak edib

Özbəkistan Milli Teleradio şirkətinin nümayəndə heyəti “Baku TV”də təlim proqramında iştirak edib

Press reliz
21 avqust 2026 654 baxış
“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

Press reliz
16 iyul 2026 654 baxış
"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

Press reliz
14 may 2026 654 baxış
“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

Press reliz
28 aprel 2026 654 baxış
BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

Press reliz
01 aprel 2026 654 baxış
Baku TV "YouTube" reytinqlərində liderdir

Baku TV "YouTube" reytinqlərində liderdir

Press reliz
01 aprel 2026 654 baxış
Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Press reliz
12 mart 2026 654 baxış
Seçilmişlər
icon