Pleyeri seçin:

Baku TV "İDMANDA QAL" adlı yeni layihəyə start verir

08 oktyabr 2025 839 baxış

Baku TV “İDMANDA QAL” adlı yeni televiziya layihəsinin yayımına start verir.

Layihə ölkəmizdə idmanın inkişafına, gənclərin sağlam həyat tərzinə həvəsləndirilməsinə və milli idmançılarımızın uğurlarının geniş ictimaiyyətə çatdırılmasına xidmət edir.

“İDMANDA QAL” verilişində müxtəlif idman növləri üzrə aktual mövzular, yarışlar, idman siyasəti, eləcə də fərqlənən gənc idmançılarla eksklüziv müsahibələr təqdim olunacaq. Tamaşaçılar yerli və beynəlxalq turnirlər, federasiyaların fəaliyyəti və idman infrastrukturunun inkişafı ilə bağlı ən son yenilikləri bu proqram vasitəsilə izləyə biləcəklər.

Layihənin ilk buraxılışının qonağı gənclər və idman naziri Fərid Qayıbov olub. Nazir verilişdə ölkəmizdə idman siyasətinin əsas prioritetlərindən, gənclər arasında idmana marağın artırılması istiqamətində görülən işlərdən və qarşıdakı planlardan danışıb. Eyni zamanda, idmançılar üçün yaradılan şərait, beynəlxalq arenadakı uğurlar və yeni nəsil gənclərin bu sahəyə cəlb edilməsi mövzularına toxunulub.

“İDMANDA QAL” layihəsinin məqsədi peşəkar və kütləvi idmanın, həmçinin sağlam həyat tərzinin və gənclərin sosial fəallığının təbliğ edilməsidir. Veriliş idman ictimaiyyətini bir araya gətirməklə yanaşı, gənc nəslin bu sahəyə marağını artırmaq və yeni istedadların üzə çıxmasına dəstək olmaq missiyasını da daşıyır.

Müxtəlif maarifləndirici və ictimai əhəmiyyətli layihələri ilə seçilən Baku TV bu gün ölkənin ən çox izlənilən kanallarından biridir. Hazırda televiziyanın gündəlik, həftəlik və aylıq yayımlanan müxtəlif janrlarda 20-dən çox verilişi var.

Banner
“Kəndinə qayıt” verilişinin 55-ci buraxılışı Dəmirçi kəndinə həsr olunub

“Kəndinə qayıt” verilişinin 55-ci buraxılışı Dəmirçi kəndinə həsr olunub

Press reliz
02 noyabr 2026 839 baxış
“Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib

“Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib

Press reliz
22 oktyabr 2026 839 baxış
“Global Media Group” növbəti dəfə “Talassemiyasız həyat naminə” könüllü qanvermə aksiyasına qoşulub

“Global Media Group” növbəti dəfə “Talassemiyasız həyat naminə” könüllü qanvermə aksiyasına qoşulub

Press reliz
04 sentyabr 2026 839 baxış
Baku TV-dən 4 milyardlıq rekord!

Baku TV-dən 4 milyardlıq rekord!

Press reliz
01 sentyabr 2026 839 baxış
Özbəkistan Milli Teleradio şirkətinin nümayəndə heyəti “Baku TV”də təlim proqramında iştirak edib

Özbəkistan Milli Teleradio şirkətinin nümayəndə heyəti “Baku TV”də təlim proqramında iştirak edib

Press reliz
21 avqust 2026 839 baxış
“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

Press reliz
16 iyul 2026 839 baxış
"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

Press reliz
14 may 2026 839 baxış
“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

Press reliz
28 aprel 2026 839 baxış
BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

Press reliz
01 aprel 2026 839 baxış
Baku TV "YouTube" reytinqlərində liderdir

Baku TV "YouTube" reytinqlərində liderdir

Press reliz
01 aprel 2026 839 baxış
Seçilmişlər
icon