"Baku TV" rekord baxış sayı ilə liderdir

02 yanvar 2025 546 baxış

"Baku TV" dən milyardlıq göstərici!

Ölkənin ən çox izlənilən kanallarından biri olan "Baku TV" 2024-cü il ərzində rekord göstəriciləri ilə möhtəşəm nəticələrə imza atıb.

Belə ki, xəbərləri, müsahibə və araşdırmaları, eləcə də analitik və müəllif proqramları ilə tamaşaçıların sevimli kanalı olan "Baku TV" baxış sayına görə digər Azərbaycan telekanalları arasında lider olub.

Azərbaycan redaksiyasının "YouTube" kanalı 2024-cü ilin 12 ayı ərzində 438 milyona yaxın, rusdilli tamaşaçıya xitab edən "Baku TV RU" isə 731 milyondan çox baxış sayı əldə edib. Ümumilikdə isə "Baku TV"nin Azərbaycan və rus redaksiyalarının baxış sayı ötən il ərzində 1,2 milyarda çatıb.

"Baku TV" 2024-cü ilin 12 ayı ərzində "YouTube" platforması üzrə 10 Azərbaycan telekanalını geridə qoyaraq baxış sayı reytinqində birinciliyini qoruyub. Hesablamalar "YouTube" platformasının bu kanallar üzrə dəqiq daxili analitik göstəricilərinə əsaslanır.

"Baku TV" 2018-ci il fevralın 17-də Azərbaycan və dünyanın siyasi, sosial və iqtisadi həyatındakı hadisələri operativ işıqlandırmaq məqsədilə ilk olaraq internet kanalı kimi fəaliyyətə başlayıb. Hazırda isə "Baku TV"ni bütün yerli provayderlər vasitəsilə, eləcə də "Azərspace" peykindən həm Avropa, həm də Asiyada izləmək mümkündür.

"Baku TV" ölkədə və dünyada baş verən önəmli, aktual və maraqlı xəbərləri Azərbaycan, rus, ingilis, fransız və erməni dillərində cəmiyyətə çatdırır.

Hazırda televiziyanın gündəlik, həftəlik və aylıq yayımlanan müxtəlif janrlarda 20-dən çox verilişi var.

Qeyd edək ki, "Baku TV" "YouTube" kanalı 1 219 966, "Baku TV RU" isə 1 013 991 abunəçi sayına çatıb.

Kopyalandı
Banner
“Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib

“Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib

Press reliz
22 oktyabr 2026 546 baxış
“Global Media Group” növbəti dəfə “Talassemiyasız həyat naminə” könüllü qanvermə aksiyasına qoşulub

“Global Media Group” növbəti dəfə “Talassemiyasız həyat naminə” könüllü qanvermə aksiyasına qoşulub

Press reliz
04 sentyabr 2026 546 baxış
Baku TV-dən 4 milyardlıq rekord!

Baku TV-dən 4 milyardlıq rekord!

Press reliz
01 sentyabr 2026 546 baxış
Özbəkistan Milli Teleradio şirkətinin nümayəndə heyəti “Baku TV”də təlim proqramında iştirak edib

Özbəkistan Milli Teleradio şirkətinin nümayəndə heyəti “Baku TV”də təlim proqramında iştirak edib

Press reliz
21 avqust 2026 546 baxış
“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

Press reliz
16 iyul 2026 546 baxış
"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

Press reliz
14 may 2026 546 baxış
“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

Press reliz
28 aprel 2026 546 baxış
BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

Press reliz
01 aprel 2026 546 baxış
Baku TV "YouTube" reytinqlərində liderdir

Baku TV "YouTube" reytinqlərində liderdir

Press reliz
01 aprel 2026 546 baxış
Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Press reliz
12 mart 2026 546 baxış
Seçilmişlər
icon