Özbəkistan nümayəndə heyəti Baku TV-nin qonağı olub

23 avqust 2025 753 baxış

Özbəkistan Milli Teleradio Kompaniyası sədrinin müavini cənab Mamadamin Safarovun rəhbərlik etdiyi nümayəndə heyəti Baku TV-nin qonağı olub.

Heyətin tərkibinə “Özbəkistan 24” telekanalının baş rejissoru Davron Pulatov, ali kateqoriyalı televiziya operatoru Eldor Rustamov, beynəlxalq xəbərlər şöbəsinin redaktoru Madinabonu Xamrayeva, “Özbəkistan MTRK” Teleradio Mərkəzinin baş mütəxəssisi Jasur Maxmudov və Daşkənd Media Mərkəzinin 1-ci kateqoriyalı mütəxəssisi Uluğjon Safarov daxildir.

Görüş zamanı Baku TV-nin direktoru Ramin Cəfərov qonaqlara kanalın fəaliyyəti, müasir yayım texnologiyaları və beynəlxalq media şəbəkəsi haqqında ətraflı məlumat verib. Kanalın “Rəqəmsal Media Məktəbi” layihəsinin əhəmiyyətini qeyd edərək onun məzunlarının Baku TV, o cümlədən müxtəlif media qurumlarında işlə təmin olunduğunu vurğulayıb.

Qonaqlar “Global Media Group”a daxil olan Baku TV-nin iş prosesi ilə yaxından tanış olublar. Tanışlıq zamanı Baku TV-nin beş dildə operativ xəbər istehsal etməsi, ölkənin regionları ilə yanaşı, beş xarici ölkədə müxbir şəbəkəsinə malik olması diqqətə çatdırılıb. Bundan əlavə, kanalın “YouTube” platformasında abunəçi sayının üç milyona çatması və ötən il ərzində yayımlanan videoların bir milyarddan çox baxış toplaması xüsusi qeyd olunub. Vurğulanıb ki, Baku TV-ni yalnız internet üzərindən deyil, həm də kabel və peyk yayımı vasitəsilə Azərbaycanın bütün bölgələrində, eləcə də Avropa və Asiyada izləmək mümkündür.

Baku TV-nin yalnız xəbər istehsalı ilə məhdudlaşmadığı, həm də film və sənədli layihələr hazırladığı da qeyd olunub. Kanalın istehsalı olan “Söz” sənədli filmi beynəlxalq uğurlar qazanıb. Belə ki, ekran əsəri Los-Ancelesdə keçirilən və hər il minlərlə filmin təqdim olunduğu “Accolade Global Film Competition”da mükafat qazanıb. Film həmçinin “Roma Prisma Film Awards” yarışmasının finalçısı olub.

Görüş zamanı Azərbaycan və Özbəkistan media qurumları arasında tərəfdaşlıq imkanları ətraflı müzakirə olunub. Xüsusilə təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi perspektivləri diqqət mərkəzində olub. Tərəflər gələcək əməkdaşlıq imkanlarını dəyərləndirməyə hazır olduqlarını qeyd ediblər.

Qeyd edək ki, Özbəkistan Milli Teleradiokompaniyası (NTRK) ölkənin dövlət teleradio yayım şəbəkəsidir, 12 TV kanalı, 4 radio kanalı və 12 regional teleradiokompaniyadan ibarətdir. Yayım rəqəmsal, analoq, peyk və internet üzərindən aparılır.

Baku TV 2025-ci ildə beynəlxalq əməkdaşlıqlar və güclü media göstəriciləri ilə fərqlənib

Baku TV 2025-ci ildə beynəlxalq əməkdaşlıqlar və güclü media göstəriciləri ilə fərqlənib

Press reliz
30 dekabr 2025 753 baxış
Baku TV-nin istehsalı olan “Ocaqov dünyası” sənədli filmi “Qızıl Pəri 2025” mükafatını qazandı

Baku TV-nin istehsalı olan “Ocaqov dünyası” sənədli filmi “Qızıl Pəri 2025” mükafatını qazandı

Press reliz
29 dekabr 2025 753 baxış
“Global Media Group”un 55 əməkdaşı “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunub

“Global Media Group”un 55 əməkdaşı “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunub

Press reliz
18 dekabr 2025 753 baxış
"Global Media Group"un tərkibindəki şirkətlərin beynəlxalq idarəetmə standartlarına uyğunluğu növbəti dəfə təsdiqlənib

"Global Media Group"un tərkibindəki şirkətlərin beynəlxalq idarəetmə standartlarına uyğunluğu növbəti dəfə təsdiqlənib

Press reliz
17 dekabr 2025 753 baxış
Baku TV Rəqəmsal Media Məktəbində 9-cu qrup məzunlarına sertifikatlar təqdim olunub

Baku TV Rəqəmsal Media Məktəbində 9-cu qrup məzunlarına sertifikatlar təqdim olunub

Press reliz
16 dekabr 2025 753 baxış
Gürcüstanın POS TV telekanalının nümayəndə heyəti Baku TV-nin qonağı olub

Gürcüstanın POS TV telekanalının nümayəndə heyəti Baku TV-nin qonağı olub

Press reliz
05 dekabr 2025 753 baxış
"Global Media Group"un nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş keçirib

"Global Media Group"un nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş keçirib

Press reliz
19 noyabr 2025 753 baxış
Baku TV, Report İnformasiya Agentliyi və Qazaxıstanın “Xabar” Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Baku TV, Report İnformasiya Agentliyi və Qazaxıstanın “Xabar” Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Press reliz
18 noyabr 2025 753 baxış
Baku TV-nin filmləri “Qızıl Pəri 2025” mükafatına bir neçə nominasiya üzrə təqdim olunub

Baku TV-nin filmləri “Qızıl Pəri 2025” mükafatına bir neçə nominasiya üzrə təqdim olunub

Press reliz
03 noyabr 2025 753 baxış
Baku TV və “Özbəkistan 24” arasında əməkdaşlıq memorandumu imzalanıb

Baku TV və “Özbəkistan 24” arasında əməkdaşlıq memorandumu imzalanıb

Press reliz
17 oktyabr 2025 753 baxış
Seçilmişlər
icon