10 dəfə əməliyyat edilmiş qadının məhv olan həyatı | "Dedilər ki, bundan adam olmaz" - ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin yeni buraxılışının qəhrəmanları yardıma ehtiyacı olan Şahnaz Nəsrullayeva və Bayram Nəsrullayev cütlüyü olub.
Proqramda onlar başlarına gələn faciəli hadisədən söz açıblar.
Evi yanarkən ağır dərəcəli bədən xəsarətləri alan Şahnaz Nəsrullayeva həmin günü belə xatırlayıb:
“Gecə saat 3 idi. Ətrafda səs-küy eşitdim. Elə bildim yuxu görürəm. Mətbəxdə qaz açıq qalıbmış. Partlayış baş verdi. Nə edəcəyimi bilmirdim. Saçım, əllərim yandı, ancaq sümük qalmışdı. 10 dəfə əməliyyat olunmuşam, 2 dəfə də ürəyim dayanıb”.
O, müalicəsini davam etdirmək üçün insanlardan yardım istəyib:
“Normal adamlar kimi dərman içmədən yaşamağı xəyal edirəm. Başıma gələnləri düşmənimə belə arzulamıram. Müalicəm üçün xeyirxah insanlardan yardım istəyirəm”.
Bayram Nəsrullayev isə yoldaşına olan sədaqətindən bəhs edib:
“Xanımımı heç vaxt atmaram. Xalam arvadımdan imtina etməyimi istədiyi üçün onunla əlaqəmi kəsdim. İndi yoldaşıma baxmaq lazımdır deyə işləyə bilmirəm. Onu çox sevirəm”.
