Qadağan olunmuş əraziyə kim niyə girir? - "Mina yoxdur" dedikləri yerdə dəhşətli partlayış - Baku TV
Ağdam rayonunda minalanmış ərazidə təhlükəli vəziyyət qeydə alınıb.
Baku TV-nin çəkilişi zamanı bir neçə mülki şəxs qadağan olunmuş sahəyə daxil olub, ANAMA əməkdaşları isə dərhal müdaxilə edərək vətəndaşları ərazidən uzaqlaşdırmağa cəhd göstəriblər.
Məlumata görə, sözügedən ərazi rəsmi olaraq təhlükəli zona hesab olunur. Burada minatəmizləmə işləri aparılmayıb və mülki vətəndaşların girişi qəti şəkildə qadağandır.
Qeyd olunub ki, dekabrın 17-də məhz bu ərazidə mina partlayışı baş verib. Hadisənin izləri hələ də açıq şəkildə müşahidə olunur. Partlayış nəticəsində traktor tamamilə yararsız hala düşüb. Texnikanın təkəri hadisə yerindən təxminən 30–35 metr kənara düşüb.
Həçminin vurğulanıb ki, bu cür ərazilərə qanunsuz giriş ilk növbədə vətəndaşların həyatı üçün ciddi təhlükə yaradır. Eyni zamanda bu, minatəmizləmə işlərinə də ciddi maneə törədir. Belə hallarda ANAMA əməkdaşları yaxın ərazilərdə işlərini dayandıraraq təcili şəkildə hadisə yerinə getməli olurlar.
