Ailəsini amansızlıqla qətlə yetirən Əhmədlə bağlı yeni xəbərlər yayılıb - Baku TV
Sosial şəbəkələrdə Bakıda 5 ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovun müalicə aldığı müəssisədən qaçdığına dair məlumatlar paylaşılıb.
Paylaşılan səs yazısında bir qadın iddia edib ki, guya Əhməd Əhmədov saxlanıldığı tibb müəssisəsindən qaçaraq 2 nəfəri bıçaqlayıb. Hətta həmin şəxs ümumilikdə 10 nəfərin müəssisədən qaçdığını da bildirib. Bu məlumatlar ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır.
Qeyd edək ki, Əhməd Əhmədov 2024-cü il fevralın 13-də Xətai rayonunda 5 ailə üzvünü qətlə yetirib. Məhkəmənin qərarı ilə o, xüsusi tipli psixiatriya müəssisəsinə yerləşdirilib.
