Выбрать плеер:

Sakinlər etirazda | Evin qarşısında niyə gül əkmək və maşın saxlamaq qadağandır? - Baku TV

02 мая 2026 32 просмотров

Fərdi yaşayış evlərinin qarşısında, xüsusən hasardan kənarda qalan ərazilərdə gül-çiçək əkilməsi və ya maşın saxlanılması hüquqi məsuliyyət yaradır.

Qanunvericiliyə əsasən, əgər evin hasarından kənarda qalan torpaq sahəsi sənəd üzərində mülkiyyətçiyə aid deyilsə, həmin hissədən şəxsi məqsədlər üçün istifadə edilməsi qadağandır.

Sakinlərdən biri yaranmış vəziyyətlə bağlı narazılığını belə ifadə edib:

“Kimsə qapısının ağzında gül əkir, əlbəttə, bu, təmizlik və gözəllikdir. Həyəti olanlar maşınlarını orada saxlaya bilirlər. Bəs həyəti olmayanlar avtomobillərini harada saxlasınlar?!”.

Hüquqşünas Mircavid Miriyev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyətin üç forması (dövlət, bələdiyyə və xüsusi) mövcuddur. Küçələr, səkilər və ümumi istifadədə olan ərazilər dövlətə və ya bələdiyyəyə məxsusdur. Vətəndaşlar yalnız özlərinə məxsus həyətyanı sahə daxilində sərbəst fəaliyyət göstərə bilərlər.

Hüquqşünasın sözlərinə görə, mülkiyyət sərhədindən kənarda icazəsiz gül əkmək, dirək basdırmaq və ya ərazini zəncirləməklə hərəkəti məhdudlaşdırmaq digər vətəndaşların hüquqlarının pozulmasıdır:

“Bu növ fəaliyyətlərlə məşğul olan şəxslər İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə əsasən, torpağın təyinatına uyğun istifadə edilməməsinə görə məsuliyyət daşıyırlar. Bu xətaya görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 3000 manat məbləğində cərimə edilir”.

Скопировано
Şöhrəti hər yana yayılan məşhur Gəncə limonu - Baku TV

Şöhrəti hər yana yayılan məşhur Gəncə limonu - Baku TV

Cəmiyyət
02 мая 2026 32 просмотров
Həll sadə olsa da, bu yolda problem niyə çarəsini tapmır? - NECƏ OLMALIDIR?

Həll sadə olsa da, bu yolda problem niyə çarəsini tapmır? - NECƏ OLMALIDIR?

Cəmiyyət
02 мая 2026 32 просмотров
Ailəsini amansızlıqla qətlə yetirən Əhmədlə bağlı yeni xəbərlər yayılıb - Baku TV

Ailəsini amansızlıqla qətlə yetirən Əhmədlə bağlı yeni xəbərlər yayılıb - Baku TV

Cəmiyyət
02 мая 2026 32 просмотров
Son zamanlar piyadaların vurulması hallarının artma səbəbləri nədir? | Ekspertdən açıqlama - Baku TV

Son zamanlar piyadaların vurulması hallarının artma səbəbləri nədir? | Ekspertdən açıqlama - Baku TV

Cəmiyyət
02 мая 2026 32 просмотров
Ana dilimizi niyə ikinci plana atırıq? | Paytaxt sakinlərinin fikirləri - Baku TV

Ana dilimizi niyə ikinci plana atırıq? | Paytaxt sakinlərinin fikirləri - Baku TV

Cəmiyyət
02 мая 2026 32 просмотров
Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı | Meyvənin qiyməti nə qədər olacaq? - Baku TV

Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı | Meyvənin qiyməti nə qədər olacaq? - Baku TV

Cəmiyyət
02 мая 2026 32 просмотров
Qocalmağı ləngidən və xroniki xəstəliklərdən qoruyan içki

Qocalmağı ləngidən və xroniki xəstəliklərdən qoruyan içki

Cəmiyyət
02 мая 2026 32 просмотров
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib - Baku TV

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib - Baku TV

Cəmiyyət
02 мая 2026 32 просмотров
Bakıda Beynəlxalq Xalça Forumu keçirildi

Bakıda Beynəlxalq Xalça Forumu keçirildi

Cəmiyyət
02 мая 2026 32 просмотров
“Zakirin essesi” sənədli filminin təqdimatı keçirildi

“Zakirin essesi” sənədli filminin təqdimatı keçirildi

Cəmiyyət
02 мая 2026 32 просмотров
Выбранные
icon