Выбрать плеер:

Akif İslamzadə jurnalistləri tənqid etdi

19 августа 2023 339 просмотров

“İnsanlarımızın bəziləri paxıllıqdan, bəziləri isə həqiqəti anlamadıqları üçün Rasim Balayevə qarşı belə reaksiya verirlər. Rasim Balayev orada nə etməli idi?”.

Bu sözləri yerli mediaya açıqlamasında “Şöhrət” ordenli tanınmış müğənni Akif İslamzadə deyib.

O, Xalq artisti Rasim Balayevin Prezidentlə görüşündən sonra haqqında səslənən ittihamlara toxunub.

A.İslamzadə bildirib ki, sənət adamlarını tənqid etməkdənsə, ilk öncə, jurnalistlərin arasında sorğu aparılmalıdır:

“Onda görərsiniz ki, kimlər nədən danışır, cəmiyyətin problemləri nədir, anlayarsınız. Məsələn, mənim yaşadığım yerdə həyətin ortasında uşaq bağçası tikiblər. Avropadan biri bura gəlsə, elə bilər ki, gey klubdur. Hansı jurnalist gəlib çəkib bunu?! Xəbərləri var?! Bəs jurnalistlər hara baxır?! İnanmırsınızsa, gəlin, baxın, görün gey kluba oxşayır, ya yox?!” Müğənni hesab edir ki, sənət adamları bu ölkənin vətəndaşları olub deyə xalqın ağrı-acısına daim şərik olub:

“Bu gün Rasim Balayevə olan tənqidlər yersizdir. Sənətçiləri tənqid etməyin sovet dövrünə nə dəxili var? Sovet dövründə jurnalistikanın zərəri çox idi, ya sənətkarların? Ona görə deyirəm ki, sənətkarları tənqid etməkdənsə, ilk növbədə, jurnalistikamızdan danışsınlar”.

“O ki qaldı tənqidlərə, mən də Prezidentlə görüşəcəyəm. İndi mənim nəyimi tənqid edəcəklər? Məni tənqid etmək üçün o adam, ən azı Akif İslamzadənin, yaxud Rasim Balayevin bu millət üçün etdiyinin 5%-ni etsin. O adamlar ki, adlarını gizlədirlər və yaxud internetdə fikirlərini bildirirlər, onlar açıqlasınlar ki, biz buyuq, bu xalqa bunları vermişik, Rasim Balayevdən artığıq və sair. Elə adam var bəyəm? Xeyr!”, – o əlavə edib.

Скопировано
AQTA yaydığı görüntülərlə restoranın yalanını üzə çıxardı - Baku TV

AQTA yaydığı görüntülərlə restoranın yalanını üzə çıxardı - Baku TV

Cəmiyyət
08 мая 2026 339 просмотров
"Pillə 4" Tələbə Tamaşaları Festivalı yekunlaşdı

"Pillə 4" Tələbə Tamaşaları Festivalı yekunlaşdı

Cəmiyyət
08 мая 2026 339 просмотров
Ürəyindən əməliyyat olunan Akif İslamzadə ilə bağlı son dəqiqə məlumatı - Baku TV

Ürəyindən əməliyyat olunan Akif İslamzadə ilə bağlı son dəqiqə məlumatı - Baku TV

Cəmiyyət
08 мая 2026 339 просмотров
“Naxçıvan-Memar Əcəmi irsi” gümüş sikkəsi təqdim olunub

“Naxçıvan-Memar Əcəmi irsi” gümüş sikkəsi təqdim olunub

Cəmiyyət
08 мая 2026 339 просмотров
"Zəbt edib, bu adamı yerimdən çıxara bilmirəm!" - Göygöldə qalmaqallı torpaq davası - Baku TV

"Zəbt edib, bu adamı yerimdən çıxara bilmirəm!" - Göygöldə qalmaqallı torpaq davası - Baku TV

Cəmiyyət
08 мая 2026 339 просмотров
"Özümüzü o dövrdə hiss edirik" | Şuşada mədəni irsin təbliği üçün hansı addımlar atılır? - Baku TV

"Özümüzü o dövrdə hiss edirik" | Şuşada mədəni irsin təbliği üçün hansı addımlar atılır? - Baku TV

Cəmiyyət
08 мая 2026 339 просмотров
“Söyüş kimi cavab verdilər ki, gəl...” | 2 sahibi çıxan torpaq sahəsi ilə bağlı qalmaqal - Baku TV

“Söyüş kimi cavab verdilər ki, gəl...” | 2 sahibi çıxan torpaq sahəsi ilə bağlı qalmaqal - Baku TV

Cəmiyyət
08 мая 2026 339 просмотров
Blok imtahanlarına hazırlıqla bağlı sual-cavab - HANSI İXTİSAS?

Blok imtahanlarına hazırlıqla bağlı sual-cavab - HANSI İXTİSAS?

Cəmiyyət
08 мая 2026 339 просмотров
Qarabağın nadir incilərindən olan “İsa bulağı”ndan görüntülər - Baku TV

Qarabağın nadir incilərindən olan “İsa bulağı”ndan görüntülər - Baku TV

Cəmiyyət
08 мая 2026 339 просмотров
"Binalarımız bu tarixdə təhvil veriləcək" - Abadlaşan Şuşadan görüntülər - Baku TV

"Binalarımız bu tarixdə təhvil veriləcək" - Abadlaşan Şuşadan görüntülər - Baku TV

Cəmiyyət
08 мая 2026 339 просмотров
Выбранные
icon