Выбрать плеер:

Ana və qızı eyni anda məzun oldu | "Ailə qurmuşdum deyə təhsilim yarımçıq qalmışdı..." - Baku TV

16 июля 2026 130 просмотров

Bu dəfə məzun libasını təkcə övladlar deyil, analar da geyiniblər. Eyni vaxtda məzun olan ana-bala – Aygün Qasımova və qızı Nərminə Qasımova təhsil müddətində bir-birinə dəstək olub, indi isə diplom sevincini birlikdə yaşayırlar.

Aygün Qasımova deyir ki, uzun illər ali təhsil almaq istəyib:

“11-ci sinfi bitirəndə universitetə sənəd vermişdim. Atam çox istəyirdi ki, riyaziyyatçı olum. Birinci ixtisas qrupunu seçmişdim və topladığım bal Politexnik İnstitutuna qəbul olmağa imkan verirdi. Amma atam istəyirdi ki, onun özü kimi Azərbaycan Dövlət Pedaqoji Universitetində riyaziyyat ixtisası üzrə təhsil alım. Sonra ailə qurdum və oxumaq arzum yarımçıq qaldı. Əslində, təhsil almaq həvəsi həmişə olub. Üç qızım var və onların dərsləri ilə daim özüm məşğul olmuşam. Qızım universitetə hazırlaşanda mənim üçün də belə bir fürsət yarandı. Həyat yoldaşım da dedi ki, oxumaq istəyirəmsə, arxamda dayanacaq və mənə dəstək olacaq”.

Nərminə Qasımova isə 2022-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə 638,4 balla qəbul olunduğunu bildirib:

“Anam məndən daha çox, gecə-gündüz çalışırdı. Düzünü desəm, mən onun qədər çox oxumamışam. Hazırlıqlara getmişəm və təxminən iki-üç il hazırlaşmışam. Anam isə mən 11-ci sinifdə oxuyanda cəmi beş-altı ay ərzində hazırlaşdı. Səhərlər çox erkən oyanıb birlikdə dərs oxuyurduq. Çünki səhər saatlarında hazırlaşmaq daha effektiv olurdu”.

Скопировано
“Heç vaxt bir-birimizə xəyanət etməmişik”| Aktrisa Zülfiyyə Qurbanovanın 15 illik sirdaşı kimdir?

“Heç vaxt bir-birimizə xəyanət etməmişik”| Aktrisa Zülfiyyə Qurbanovanın 15 illik sirdaşı kimdir?

Cəmiyyət
25 июля 2026 130 просмотров
“Əvvəl hər şeyim vardı, övladım yox idi, indi isə...” | Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi

“Əvvəl hər şeyim vardı, övladım yox idi, indi isə...” | Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi

Cəmiyyət
25 июля 2026 130 просмотров
Kənd və qəsəbələrdə adsız küçələr | Sakinlər gələnlərə ünvanı necə izah etsin? - Baku TV

Kənd və qəsəbələrdə adsız küçələr | Sakinlər gələnlərə ünvanı necə izah etsin? - Baku TV

Cəmiyyət
25 июля 2026 130 просмотров
Bakı Apellyasiya Məhkəməsində Ermənistan vətəndaşlarının şikayətləri araşdırılır - ANA XƏBƏR

Bakı Apellyasiya Məhkəməsində Ermənistan vətəndaşlarının şikayətləri araşdırılır - ANA XƏBƏR

Cəmiyyət
25 июля 2026 130 просмотров
Qırğızıstanın turizm incisi İssık-Kul əsrarəngiz mənzərəsi ilə görənləri valeh edir - Baku TV

Qırğızıstanın turizm incisi İssık-Kul əsrarəngiz mənzərəsi ilə görənləri valeh edir - Baku TV

Cəmiyyət
25 июля 2026 130 просмотров
Evlilik yaşının yüksəlməsi ölkədə yeni doğulanların sayına necə təsir edir? - Baku TV

Evlilik yaşının yüksəlməsi ölkədə yeni doğulanların sayına necə təsir edir? - Baku TV

Cəmiyyət
25 июля 2026 130 просмотров
Sakinlərin gecə yuxusu niyə ərşə çəkilib? | Biləcəridəki problem nə vaxt həll olunacaq? - Baku TV

Sakinlərin gecə yuxusu niyə ərşə çəkilib? | Biləcəridəki problem nə vaxt həll olunacaq? - Baku TV

Cəmiyyət
25 июля 2026 130 просмотров
Oğuzun küçələri niyə qaranlığa qərq olub? - Baku TV

Oğuzun küçələri niyə qaranlığa qərq olub? - Baku TV

Cəmiyyət
25 июля 2026 130 просмотров
Qobu sakinlərinin su ilə sınağı | Vətəndaşlar isti yay günlərində niyə susuz qalıb? - Baku TV

Qobu sakinlərinin su ilə sınağı | Vətəndaşlar isti yay günlərində niyə susuz qalıb? - Baku TV

Cəmiyyət
25 июля 2026 130 просмотров
Bakı Qızlar Universiteti bağlanır? | Müəllim və tələbələrin narahatlıqları - Baku TV

Bakı Qızlar Universiteti bağlanır? | Müəllim və tələbələrin narahatlıqları - Baku TV

Cəmiyyət
25 июля 2026 130 просмотров
Выбранные
icon