Выбрать плеер:

Audiovizual Şuradan "MTV"yə ciddi xəbərdarlıq - Baku TV

17 декабря 2025 28 просмотров

Audiovizual Şuranın onlayn iclası keçirilib.

İclasda “MTV” kanalının efirində baş verən pozuntu halı müzakirə olunub.

Belə ki, noyabrın 28-də “MTV” kanalının efirində yayımlanan “Xoş sabah” proqramında ailə həyatının görünən və görünməyən tərəfləri, qadın-kişi münasibətlərindəki çətinliklər, müasir ailələrə təsir edən sosial basqılar, rolların dəyişməsi mövzuları müzakirə edilib.

Proqramda iştirak edən qonaqlardan biri boşanmanın inkişaf olduğunu, qadınların hüquqları artmağa başladıqca inkişafın başladığını qeyd edib. Digər bir qonaq isə buna cavab olaraq “bu, inkişaf deyil, əxlaqsızlıqdır” ifadəsindən istifadə edib.

Boşanmanın inkişaf kimi təqdim edilməsi və ya tam əksinə olaraq bunun əxlaqsızlıq adlandırılması, ümumən isə aparıcının belə fikirlərə zəruri müdaxilə etməməsi Audiovizual Şuranın monitorinq mütəxəssisləri tərəfindən qanunvericilik pozuntusu kimi qeydə alınıb, zəruri prosedurlara uyğun olaraq araşdırma aparılıb, hüquqşünaslar tərəfindən pozuntu faktı təsbit olunub.

İclas zamanı Audiovizual Şura üzvləri məsələni ətraflı müzakirə ediblər.

Qeyd olunub ki, boşanma haqqında danışmaq, müzakirələr keçirmək olar, amma boşanmanın “inkişaf” kimi təqdim olunması, digər tərəfdən boşanmanın əxlaqsızlıqla eyniləşdirilməsi qəbuledilməzdir.

Audiovizual Şuranın üzvləri tərəfindən sözügedən məsələ Ailə Məcəlləsinin, habelə “Media haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunların bir sıra müddəalarının məqsəd və ruhuna zidd mesaj kimi qiymətləndirilib.

Qeyd olunan yayımla bağlı “MTV” kanalına ciddi xəbərdarlıq olunub.

Скопировано
Bu il müsabiqəyə 8 fərqli nominasiya üzrə 162 müraciət daxil olub

Bu il müsabiqəyə 8 fərqli nominasiya üzrə 162 müraciət daxil olub

Cəmiyyət
17 декабря 2025 28 просмотров
Elektromobil almağa peşman edən vəziyyət | Şarj cihazları ilə bağlı narazılıq - Baku TV

Elektromobil almağa peşman edən vəziyyət | Şarj cihazları ilə bağlı narazılıq - Baku TV

Cəmiyyət
17 декабря 2025 28 просмотров
Suad Qarayeva qalmaqallı filmə görə hər kəsdən üzr istədi - Baku TV

Suad Qarayeva qalmaqallı filmə görə hər kəsdən üzr istədi - Baku TV

Cəmiyyət
17 декабря 2025 28 просмотров
Şəhid anasını və oğlunu söyən şəxsin sonu

Şəhid anasını və oğlunu söyən şəxsin sonu

Cəmiyyət
17 декабря 2025 28 просмотров
Hüseyn Cavid və Vaqif Mustafazadə Asəf Zeynallı adına Musiqi Kollecində yad edildi - Baku TV

Hüseyn Cavid və Vaqif Mustafazadə Asəf Zeynallı adına Musiqi Kollecində yad edildi - Baku TV

Cəmiyyət
17 декабря 2025 28 просмотров
11 illik münasibətin bitməsinə dözməyən kişi sevgilisindən belə qisas aldı

11 illik münasibətin bitməsinə dözməyən kişi sevgilisindən belə qisas aldı

Cəmiyyət
17 декабря 2025 28 просмотров
30 illik işğalın izlərini göstərən 25 əsər | Tanınmış rəssam Nigar Helminin fərdi sərgisi keçirilib

30 illik işğalın izlərini göstərən 25 əsər | Tanınmış rəssam Nigar Helminin fərdi sərgisi keçirilib

Cəmiyyət
17 декабря 2025 28 просмотров
“Ömrünü uzatmaq istəyən Qarabağa gəlsin!” | Laçın, Xocavənd və Ağdama növbəti köç - Baku TV

“Ömrünü uzatmaq istəyən Qarabağa gəlsin!” | Laçın, Xocavənd və Ağdama növbəti köç - Baku TV

Cəmiyyət
17 декабря 2025 28 просмотров
Bu avtobus sizi 2026-ya aparacaq! - Bakıda “Santa Bus” fəaliyyətə başladı - Baku TV

Bu avtobus sizi 2026-ya aparacaq! - Bakıda “Santa Bus” fəaliyyətə başladı - Baku TV

Cəmiyyət
17 декабря 2025 28 просмотров
“Bir səfərin izi ilə - Belçika və Lüksemburq” sənədli filminin təqdimatı - Baku TV

“Bir səfərin izi ilə - Belçika və Lüksemburq” sənədli filminin təqdimatı - Baku TV

Cəmiyyət
17 декабря 2025 28 просмотров
Выбранные
icon