Выбрать плеер:

Suad Qarayeva qalmaqallı filmə görə hər kəsdən üzr istədi - Baku TV

17 декабря 2025 23 просмотров

“Qısametrajlı filmimlə bağlı son paylaşımım heç vaxt tənqid məqsədi daşımayıb, sadəcə, emosional, şəxsi bir düşüncə idi”.

Bu sözləri rejissor və ssenari müəllifi Suad Qarayeva qalmaqallı “Məhsəti” filmi ilə bağlı instaqram hesabında etdiyi açıqlamasında bildirib.

O, filmə görə hər kəsdən üzr istəyib:

“Azərbaycanın bir vətəndaşı olaraq ölkəmə, xalqımıza və bizim mədəni dəyərlərimizə hər zaman böyük hörmət və dərin bağlılıqla yanaşmışam. Sözlərimin niyyətimdən fərqli şəkildə başa düşülməsindən səmimi qəlbdən təəssüf edirəm və bundan təsirlənmiş və ya incimiş ola biləcək hər kəsdən üzr istəyirəm. Dəyərlərimə, ölkəmə, xalqımıza və mədəniyyətimizə olan sarsılmaz bağlılığım hər zaman mənimlədir”.

Xatırladaq ki, sözügedən filmdə ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunub, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilib, görkəmli şairə gəzəyən əxlaqsız qadın kimi təqdim edilib.

Suad Qarayeva isə bundan əvvəl instaqram hesabında paylaşım edərək bildirib ki, onun tərəfindən hazırlanan “Məhsəti” filmi Mədəniyyət Nazirliyinin Film Şurası lisenziya vermədiyi üçün Bakı Film Festivalının proqramından çıxarılıb. Şura filmin mənəvi dəyərlərə uyğun olmadığını əsas göstərib.

O özü də paylaşımında vurğulayıb ki, filmdə Məhsəti obrazını canlandıran aktrisa dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır.

Скопировано
Audiovizual Şuradan "MTV"yə ciddi xəbərdarlıq - Baku TV

Audiovizual Şuradan "MTV"yə ciddi xəbərdarlıq - Baku TV

Cəmiyyət
17 декабря 2025 23 просмотров
Şəhid anasını və oğlunu söyən şəxsin sonu

Şəhid anasını və oğlunu söyən şəxsin sonu

Cəmiyyət
17 декабря 2025 23 просмотров
Hüseyn Cavid və Vaqif Mustafazadə Asəf Zeynallı adına Musiqi Kollecində yad edildi - Baku TV

Hüseyn Cavid və Vaqif Mustafazadə Asəf Zeynallı adına Musiqi Kollecində yad edildi - Baku TV

Cəmiyyət
17 декабря 2025 23 просмотров
11 illik münasibətin bitməsinə dözməyən kişi sevgilisindən belə qisas aldı

11 illik münasibətin bitməsinə dözməyən kişi sevgilisindən belə qisas aldı

Cəmiyyət
17 декабря 2025 23 просмотров
30 illik işğalın izlərini göstərən 25 əsər | Tanınmış rəssam Nigar Helminin fərdi sərgisi keçirilib

30 illik işğalın izlərini göstərən 25 əsər | Tanınmış rəssam Nigar Helminin fərdi sərgisi keçirilib

Cəmiyyət
17 декабря 2025 23 просмотров
“Ömrünü uzatmaq istəyən Qarabağa gəlsin!” | Laçın, Xocavənd və Ağdama növbəti köç - Baku TV

“Ömrünü uzatmaq istəyən Qarabağa gəlsin!” | Laçın, Xocavənd və Ağdama növbəti köç - Baku TV

Cəmiyyət
17 декабря 2025 23 просмотров
Bu avtobus sizi 2026-ya aparacaq! - Bakıda “Santa Bus” fəaliyyətə başladı - Baku TV

Bu avtobus sizi 2026-ya aparacaq! - Bakıda “Santa Bus” fəaliyyətə başladı - Baku TV

Cəmiyyət
17 декабря 2025 23 просмотров
“Bir səfərin izi ilə - Belçika və Lüksemburq” sənədli filminin təqdimatı - Baku TV

“Bir səfərin izi ilə - Belçika və Lüksemburq” sənədli filminin təqdimatı - Baku TV

Cəmiyyət
17 декабря 2025 23 просмотров
Sürücüləri çaşdıran yol nişanları | ”Qəzaya səbəb ola bilər” - Baku TV

Sürücüləri çaşdıran yol nişanları | ”Qəzaya səbəb ola bilər” - Baku TV

Cəmiyyət
17 декабря 2025 23 просмотров
Məşhur mağazadan gülünc cavab | Bu fincanlar insan sağlığına ziyandır? - Baku TV

Məşhur mağazadan gülünc cavab | Bu fincanlar insan sağlığına ziyandır? - Baku TV

Cəmiyyət
17 декабря 2025 23 просмотров
Выбранные
icon