Выбрать плеер:

Xəstə uşaqların görüntüləri ilə pul qoparan fırıldaqçı saxlanıldı | DİN-dən açıqlama - Baku TV

16 декабря 2025 30 просмотров

Son dövrlər sosial şəbəkələrdə "körpələrə yardım", "fiziki qüsurlu uşaqlara ianə", "təcili əməliyyat üçün pul lazımdır" kimi çağırışlara rast gəlinir. Amma təəssüflə qeyd olunmalıdır ki, əksər hallarda həmin paylaşımlar insanların hisslərini manipulyasiya edərək dələduzluq yolu ilə pul qazanmağa hesablanır.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu cür hüquqazidd əməllərin yol verildiyi səhifələrə qarşı isə Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən mütəmadi olaraq əməliyyat-texniki tədbirlər həyata keçirilir.

Kiberpolisin növbəti tədbiri zamanı qeyd olunan analoji əməlləri törətməkdə şübhəli bilinən 30 yaşlı Rəsul Həsənov saxlanılıb. O, xəstə, müalicəyə ehtiyacı olan körpələrin foto və videogörüntülərini "Instagram" sosial şəbəkəsində yaratdığı "Zəhra balama yardım", "Körpə balama dəstək", "Əli üçün yardım", "Yusif serebral iflic" və s. səhifələrdə paylaşaraq təcili yardım edilməzsə, körpələrin həyatı üçün təhlükə yarana biləcəyini qeyd edib.

R.Həsənov yardımların köçürülməsi üçün istifadəsində olan bank kartlarını da həmin paylaşımların üzərində yerləşdirib. Ağır xəstəliyi olan uşaqların görüntüləri, emosional musiqi və mətnlərdən təsirlənən vətəndaşlar isə qeyd edilən kartlara 1 manatdan 500 manata qədər, ümumilikdə isə 200 000 manata yaxın pul vəsaiti köçürüblər. Saxlanılan şəxs həmin pulları nağdlaşdıraraq şəkillərini paylaşdığı uşaqların ailələrinə yox, öz şəxsi ehtiyaclarına xərcləyib.

R.Həsənovdan iş üzrə əhəmiyyət kəsb edən məlumat və elektron sübutlar aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

"Vətəndaşlara tövsiyə edilir ki, sosial şəbəkələrdə yardım adı altında yerləşdirilən bu tipli məlumatlarla qarşılaşan zaman bir qədər diqqətli olsunlar. Həmçinin sosial şəbəkə istifadəçilərini dəqiqləşdirilməmiş məlumatlara inanaraq pul köçürmə əməliyyatlarından çəkinməyə çağırırıq", – məlumatda qeyd edilib.

500 ispan Gəncəyə niyə göndərilmişdi? | Tarixçi çoxunun bilmədiyi faktları açıqladı - Baku TV

500 ispan Gəncəyə niyə göndərilmişdi? | Tarixçi çoxunun bilmədiyi faktları açıqladı - Baku TV

Cəmiyyət
16 декабря 2025 30 просмотров
Bir qaşığı ilə "möcüzə yaradan" xırnik bəhməzi görün necə hazırlanır? - Baku TV

Bir qaşığı ilə "möcüzə yaradan" xırnik bəhməzi görün necə hazırlanır? - Baku TV

Cəmiyyət
16 декабря 2025 30 просмотров
Doğma yurduna qayıdan xocavəndlilər hisslərini Baku TV ilə bölüşdü - Baku TV

Doğma yurduna qayıdan xocavəndlilər hisslərini Baku TV ilə bölüşdü - Baku TV

Cəmiyyət
16 декабря 2025 30 просмотров
Duman və yağış Ağsuda belə bir mənzərə yaratdı

Duman və yağış Ağsuda belə bir mənzərə yaratdı

Cəmiyyət
16 декабря 2025 30 просмотров
Pasiyentlə həkim arasında qarşıdurma | Klinika iddiaları rədd etdi, nazirlik isə... - Baku TV

Pasiyentlə həkim arasında qarşıdurma | Klinika iddiaları rədd etdi, nazirlik isə... - Baku TV

Cəmiyyət
16 декабря 2025 30 просмотров
Cəlilabadda kənd sakinləri canavarla əlbəyaxa oldu - Baku TV

Cəlilabadda kənd sakinləri canavarla əlbəyaxa oldu - Baku TV

Cəmiyyət
16 декабря 2025 30 просмотров
Təqsirləndirilən erməniyə məhkəmədə ittiham oxundu - Baku TV

Təqsirləndirilən erməniyə məhkəmədə ittiham oxundu - Baku TV

Cəmiyyət
16 декабря 2025 30 просмотров
"Caspian Servis" Yasamalda qanunsuz tikinti aparır? - Baku TV

"Caspian Servis" Yasamalda qanunsuz tikinti aparır? - Baku TV

Cəmiyyət
15 декабря 2025 30 просмотров
Maşının üstünə çıxır, altına girir | Siçanların əlindən təngə gələn sakinlər - Baku TV

Maşının üstünə çıxır, altına girir | Siçanların əlindən təngə gələn sakinlər - Baku TV

Cəmiyyət
15 декабря 2025 30 просмотров
Quşçuluq massivinin keçilməz yolları | Məsələ niyə həllini tapmır? - Baku TV

Quşçuluq massivinin keçilməz yolları | Məsələ niyə həllini tapmır? - Baku TV

Cəmiyyət
15 декабря 2025 30 просмотров
Выбранные
icon