Выбрать плеер:

Quşçuluq massivinin keçilməz yolları | Məsələ niyə həllini tapmır? - Baku TV

15 декабря 2025 283 просмотров

Hövsan qəsəbəsinin Quşçuluq massivində yolların asfalt örtüyü yoxdur. Çuxurlarla dolu yollar sakinlərin və nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinlik yaradır.

Sakinlər bununla bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.

“Aidiyyəti qurumlardan bir şey istəyirik: yol çəkməyə gəlsinlər”, – onlardan biri söyləyib.

Digər bir vətəndaş isə qeyd edib: “Uşaqlar məktəbə gedə bilmirlər. Bura nə taksi, nə də təcili tibbi yardım maşını gəlir. Dərdimizi kimə deyəcəyimizi bilmirik”.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayon ərazisində asfaltlanmaya ehtiyacı olan küçələrin təmir olunması ilə bağlı vətəndaşların müraciəti əsasında aidiyyəti üzrə Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq məktublar ünvanlanıb.

Avtomobil Yolları Dövlət Agentliyindən isə qeyd olunub ki, qəsəbədaxili küçə yollar qurumun balansında deyil və Agentlik tərəfindən həmin ərazilərdə İnvestisiya Proqramından kənar hər hansı bir təmir işləri icra olunmur:

“Ümumiyyətlə, Agentlik hər hansı bir ərazidə təmir işlərinin aparılmasında qərar verici səlahiyyətə malik deyil. Yerli icra strukturları tərəfindən aidiyyəti üzrə təkliflər hazırlanaraq təqdim olunmalıdır. Sözügedən təkliflər əsasında ərazilər İnvestisiya Proqramına daxil edilərsə, artıq həmin yerlərdə təmir işlərinin aparılması Agentliyə həvalə oluna bilər”. 

Скопировано
Sertifikatsız həkimlərə görə tibb məntəqəsi 6 min manat cərimələndi - ANA XƏBƏR

Sertifikatsız həkimlərə görə tibb məntəqəsi 6 min manat cərimələndi - ANA XƏBƏR

Cəmiyyət
09 февраля 2026 283 просмотров
“Melody School” tələbələrinin konsert proqramı keçirildi

“Melody School” tələbələrinin konsert proqramı keçirildi

Cəmiyyət
09 февраля 2026 283 просмотров
Tarixi Kahramanmaraşın müasir "Azərbaycan məhəlləsi" | Sakindən duyğulandıran sözlər - Baku TV

Tarixi Kahramanmaraşın müasir "Azərbaycan məhəlləsi" | Sakindən duyğulandıran sözlər - Baku TV

Cəmiyyət
09 февраля 2026 283 просмотров
Övladını itirən atadan təqdirəlayiq addım | Acısını görün necə xeyirxahlığa çevirdi - Baku TV

Övladını itirən atadan təqdirəlayiq addım | Acısını görün necə xeyirxahlığa çevirdi - Baku TV

Cəmiyyət
09 февраля 2026 283 просмотров
"Gecə ayılıb gördüm ki..." | Qəfil ölümü ilə hamını sarsıdan jurnalist Sərxan Kamallının son anları

"Gecə ayılıb gördüm ki..." | Qəfil ölümü ilə hamını sarsıdan jurnalist Sərxan Kamallının son anları

Cəmiyyət
08 февраля 2026 283 просмотров
Həftənin ilk günündə hava belə olacaq - Baku TV

Həftənin ilk günündə hava belə olacaq - Baku TV

Cəmiyyət
08 февраля 2026 283 просмотров
Sevgilisi ilə birgə 6 yaşlı oğluna işgəncə verən ana | 15 yaşlı qız atasını niyə öldürdü? - XÜLASƏ

Sevgilisi ilə birgə 6 yaşlı oğluna işgəncə verən ana | 15 yaşlı qız atasını niyə öldürdü? - XÜLASƏ

Cəmiyyət
08 февраля 2026 283 просмотров
"Bir ana kimi bura bizə əzizdir" | Bakının Əhmədli kəndindən reportaj - Baku TV

"Bir ana kimi bura bizə əzizdir" | Bakının Əhmədli kəndindən reportaj - Baku TV

Cəmiyyət
08 февраля 2026 283 просмотров
Hövsanda su borusu partladı, heyvan sığınacağını su basdı - Baku TV

Hövsanda su borusu partladı, heyvan sığınacağını su basdı - Baku TV

Cəmiyyət
08 февраля 2026 283 просмотров
Astara sakinlərinin problemi nə vaxt həll olunacaq? - Baku TV

Astara sakinlərinin problemi nə vaxt həll olunacaq? - Baku TV

Cəmiyyət
08 февраля 2026 283 просмотров
Выбранные
icon